“Sovetski” sakinlərinin pullarını kimlər “yeyib”?! - sakinlər deyir...

“Sovetski” sakinlərinin pullarını kimlər “yeyib”?! - sakinlər deyir...
 


Paytaxt Bakıda söküntü işləri artıq neçə illərdir dayanmadan davam edir.

Lakin bu istiqamətdəki işlərin tam şəffaf və ədalətli aparıldığını demək mümkün deyil. Evləri söküntü planına düşən sakinlərdən zaman-zaman mülkiyyətinə görə verilən vəsaitin tam ödənməməsi və digər problemlərdən şikayətlər hələ də davam edir, hökumət isə susur.

Bəlli olduğu kimi, Bakıda köhnə, müasir tələblərə cavab verməyən və qəzalı evlərin sökülüb, yerində müasir binaların tikilməsi rəsmi qərarla həyata keçirilib. Lakin buna baxmayaraq, yaranmış problemlərin mənbəyi də rəsmilərdən başlayıb.
Paralel.az  sakinlərin verdiyi məlumata istinadla “Sovetski” sakinlərinin problemindən bəhs edib.

Materialda qeyd edilib ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq, ərazidəki evlər və obyektlərin real  bazar qiymətləri müstəqil qiymətləndirmə şirkətinin iştirakı ilə dəyərləndirilməli idi.

Sonra həmin  sakinlərlə  notarial qaydada alqı-satqı müqaviləsi bağlanmalı, müvafiq banklarda sakinlərin adına hesab açılmalı və məbləğ  həmin hesaba köçürülməli idi. Yəni hər şey könüllü  və razılıq əsasında olmalı idi.

 “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, vətəndaşların fərdi evlərinin altındakı qanuni istifadəsində olan torpaqlar onların şəxsi mülkiyyətidir. Lakin icra hakimiyyətləri, o cümlədən icra başçıları İbrahim Mehdiyev, Əziz Əzizov və Elşad Həsənov sökülən evlərə görə az-çox təzminat versələr də, məhz torpağa görə, ev sahiblərinə təzminat verilməsini bu günədək təmin etməyiblər. Bu isə sakinlər arasında ciddi narazılığa səbəb olub.

Belə olan halda, könüllü və razılıq məsələsi keçib lap arxa plana. Və icra orqanları məhkəmə yolu ilə vətəndaşların evlərini söküblər. Bu proses Bakının müxtəlif ərazilərində baş verib. Ən ağrılı vəziyyət isə Yasamal rayonunda olub.

Məlumat üçün qeyd edək ki,  2014-cü ilin fevralında keçmiş “Sovetski” ərazisindəki evlərin sökülməsinə başlanıb. Rəsmi məlumata görə, 26 hektardan çox ərazidə ümumilikdə 1920 ev sökülməli idi. Amma bu məsələ ilə bağlı narazılıq  düz 8 ildir ki, davam edir.
Bu müddətdı vətəndaşların pulu tam ödənilməyib, vətəndaşların fərdi evlərinin altındakı torpaq sahəsinə təzminat verilməyib, 50-dən çox ev sahibi razılıq əsasında deyil, məhkəmə qərarı əsasında evlərindən zorla  çıxarılıb və s.

Yasamlal icra hakimiyyəti bəzi ev sahiblərinə deyib ki, “kupça”nız yoxdur. Amma əslində “kupça”ya ehtiyac yoxdur. Çünki  “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu bu məsələdə əsas rol oyanır. Evin altındakı torpaq  da vətəndaşın şəxsi mülkiyyətidir.

Yasamalda evləri sökülənlərdən biri Qafur Həsənov mediaya deyib ki, evin təzminatı olaraq təklif olunan məbləğlə razılaşmayıb. Sonra icra hakimiyyəti orqanları məhkəməyə müraciət edib və məhkəmə icra hakimiyyətinin lehinə qərar çıxarıb:

Məhkəmə qərarına görə, sökülməli olan evimdən çıxmalıyam. Kompensasiya olaraq icra hakimiyyət orqanları mənə 123 min manat ödəməlidir. Amma icra orqanları pulu hələ dı ödəmir, üstəlik torpağa görə təzminat da vermirlər”.

Göründüyü kimi, Azərbaycanda xalqa qarşı dələduzluq artıq ən yüksək dövlət qurumlarına qədər uzanır. Maliyyə nazirliyinin nümayəndəsi Cavanşir şir kimi qızaraq Yadamal rayon icra hakimiyyətinin başçıları İbrahim Mehdiyev, Əziz Əzizov və Elşad Həsənovla əlbir olaraq, evləri sökülən sakinlərə qarşı ağır cinayət işlədilir, vətəndaşlara verilməli olan pullar məmurlar tərəfindən mənimsənilir, ölkə prezidentinə isə yalan məlumatlar verilir.

Azərbaycan reallığını əks etdirən və ürəkağrıdan Yasamalın "sovetski" sakinləri üçün oynanılan oyunun yaratdığı eybəcər mənzərə hər kəsin dövlətə bəslədiyi inam və ümudləri puça çıxarır.

Şikayətçiləri dinlədin: Məhəbbət

0.044162034988403