“Proqress 2016” MTK-nın saxtakalığını kimlər himayə edir?!

“Proqress 2016” MTK-nın saxtakalığını kimlər himayə edir?!
 

Emil Səməndərov  “oğru aləmi”  ilə vətəndaşlara hədə-qorxu gəlir...

Emil Səməndərovdan 500 min istəyən kimdir? 

Sovet dönəmininn başa  çatması ilə vətəndaşların pulsuz mənzillə  təmin olunması məsələsi başa çatdı. 
Yəqin yaşlı insanlar  bilir ki, tələbəliyi başa vuran və təyinat üzrə  işlə təmin olunan şəxs 3 il müddətində mənzillə təmin olunmalı idi. Bu qanun idi. 
3 il  müddətinə qədər isə  ailəvi yataqxanada yer alırdı. 
Digər zavod və fabriklərdə çalışan insanlar da mənzil növbəsinə dayanaraq uzağı  4-5 ildə mənziə sahib olurdular. 
Özü də pulsuz...

Amma  müstəqillik  dönəmində  bu məsələ başa çatdı. Yəni kimin pulu-parası varsa, 20 yerdə ev ala bilər, pulun-paran yoxdursa,  özün bil...
Məhz buna görə də, Mənzil Koopertaiv Təşkilatları  ( MTK ) bundan istifadə edərək,  vətəndaşların mənzilə olan tələbatını ödəmək üçün müxtəlif yollara əl atdılar. 

Və şəhərin müxtəlif yerlərində torpaq sahəsi alaraq  uca binalar tikməyə və vətəndaşlara mənzillər satmağa başladılar. 
Yəni  birincisi, MTK-nın sahibi Bakı Şəhər İcra Hakimiyyətinə, tikintinin olacağı ərazinin Rayon İcra Hakimiyyətinə, nə bilim Arxitektura Komitəsinə, FHN-ə, Qaz idarəsinə, Su İdarəsinə, İşıq İdarəsinə  və daha haralara külli miqdarda rüşvət verərək  bina tikintisinə icazə alırdılar. 

Deməli, əvvəlcədən mənzillərin qiyməti 1-ə 5 dəfə artırdı. Çünki ortada rüşvət var. Ona görə də  MTK rəhbərləri əvvəlcədən mənzil almaq istəyən şəxslərdən xeyli miqdarda pul alaraq müqavilə bağlayır və mənzilin uzağı 1 ildən sonra hazır olacağını vəd verirdi

Sözün qısası, vədə tamam olanda mənzil hazır olmurdu, ya da məlum olurdu ki, bir mənzil bir neçə nəfərə satılıb. 

Məsələ məhkəməyə çıxanda da məhkəmə pulunu alıb, MTK sahibini haqlı çıxarırdı.

Belə MTK sahiblərindən biri, yəni “Proqress 2016” MMC-nin sahibi Emil Səməndərovun cinayət əməlləri barədə xeyli müddətdir ki, yazırıq. Vurğulayaq ki, Emil Səməndərovlar gəldi-gedər ola bilər, amma minlərlə vətəndaşı dövlətdən narazı salmaq qəti yolverilməzdir. 

Bu böyük cinayətdir. Vətəndaşın öz dövlətinə inamı sarsılanda vətəndaşla dövlət arasında ciddi problem yaranır. 
Sözün qısası, Emil Səməndərov köhnə aldamlardandır. Bunu biz demirik. Bu adamın barəsində Binəqədi, Sabunçu, Abşeron, Sumqayıt və s. məhkəmələrdə konkret dələduzluq əməli ilə bağlı xeyli sayda cinayət işi deyir. 

Amma bütün bunlara baxmayaraq, Emil Səməndərov məhkəmyə rüşvət verərək, dələduzluq “quyu”sundan asan çıxıb. Bax, ona görə Emil Səməndərov fikurləşir ki, pulunu ver, nə istəyirsən elə...
Deməli, buradan belə nəticəyə gəlmək olur ki, daha böyük  “ölçü”də, iri miqyasda dələduz olmalısan ki, sənə dəyib toxunan olmasın. 

Beləliklə, Emil Səməndərov  xırda dələduzluqdan əl çəkərək böyük işlərlə məşğul olmaq və çox pul qazanmaq qərarına gəlib. Çox keçməyib ki, Emil Səməndərov xırda dələduzluqdan əl çəkərək, daha böyük dələduzluqla məşğul olaraq, bir mönzili bir neçə nəfərə mənzil satıb. 

Deməli, ortada müqavilə olsa da, vətəndaş gəlib görür ki, ona məxsus mənzildə başqa ailə yaşayır. Və onların da qanuni  sənədləri var. 
Bu yolla Emil Səməndərovun  1200 nəfər “dvoynik” müştərisi əmələ gəlib. Yəni 1200 nəfər  müştərini aldadıb.

Bu sayı 50-60 min manata vuranda milyonlarla pul edir. İndi pulunu ödəyib mənzil sahibi ola bilməyən vətəndaşlar qalıblar dövlət qurumlarının qapısında. 
Vətəndaşlar hətta Baş prokurorluğun binası qarşısında aksiya keçiriblər. Amma faydası yoxdur.

Hətta şikayətçilər deyir ki, Emil Səməndərov özünə idmançı mühafizəçilər götürüb, biz ona yaxınlaşa da bilmirik. 
Təsəvvür edirsiniz, vətəndaş  gedib pulunu da geri tələb edə bilmir. Söhbət sıravi vətəndaşlardan getmir.
Şəhid ailəsi Emil Səməndərovdan, hətta halal pulunu geri ala bilmir. 

44 günlük vətən müharibəsinin iştirakçısı olan şəhid müharibədən əvvəl  Emil Səməndərovun  MTK-sına pul ödəyərək mənzil sahibi olmaq istəyib. Vətəndaş  torpaq uğrunda şəhid olub. Şəhidin valideynləri MTK-ya ödənilən pulu, ya da mənzili tələb edirlər. Bəlli olur ki, mənzil başqasına  satılıb. 

Yaxşı, heç olmasa, şəhid ailəsinin pulunu özünə qaytar də, Emil Səməndərov...

Redaksiyamıza daxil olan son məlumatlara görə, Emil Səməndərov indi də “oğru aləmi” ilə əlaqə quraraq, onların vasitəsilə şikayətçi vətəndaşlara hədə-qorxu gəlir.
 
Sözün düzü, inanmaq istəməzdik ki, oğru ələminin nümayəndələri haqqı və hüququ tapdalanan sıravi vətəndaşları deyil, dələduzluqda adı hallanan şəxsləri müdafiə edə...
Buna inana bilmirik. 

Bütün bunları bir kənara qoysaq, bəs ölkədəki hüquq-mühafizə orqanları, prokurorluq, məhkəmə sistemi nə düşünür? 
Emil Səməndərov hər yerdə deyir ki, lazım olan yerə 500 min manatı çatdırmışam. 
Burda deyiblər ki "sən saydığını day, gör fələk nə sayır"...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: "Gündəlik Bakı.az"
0.015720844268799