"31 yaşlı naziri Mixaylo Fedorov əsil texnoloji müharibə aparır"
Osman Gündüz:
Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi də yatmır və Nazirliyin bütün fəaliyyətini işğalçılara qarşı müharibəyə səfərbər edib.
Ukraynanın ən gənc, 31 yaşlı naziri Mixaylo Fedorov Rusiya işğalçılarına qarşı bütün dünyanın İT ekosistemini də cəlb etməklə əsil texnoloji müharibə aparır:
1. Nazirlik döyüşlərdə öldürülən rus hərbçilərinin fotoları vasitəsilə onların sosial media hesablarını axtaran və onlarla bağlı Rusiya ictimaiyyətini, onların valideynlərini və yaxınlarını məlumatlandıran süni intellekt əsaslı həllər hazırlayıb
2. Nazir Mixaylo Fedorov bunkerlərdə fəaliyyət göstərən "İT ordu"nu özü kurasiya edir, Rusiya və Belarusun strateji saytlarının çökdürülməsi , həm informasiya müharibəsinin təşkili və həm də dezinformasiyanın qarşısının alınmasına bilavasitə rəhbərlik edir. Bütün sosial media resurslarından, hətta əvvəllər bu ölkədə qadağan olunan Vkontakte-dən effektiv istifadə edir
3. İnternetin və mobil infrastrukturun, rəsmi informasiya mənbələrinin dayanıqlığını və operativliyini təmin edir.
Strateji qurumlar və hərbçilər, xüsusən dronlardan istifadə edənlər üçün alternativ internet təminatını (Starlink) təşkil edib və bu prosesi kontrolda saxlayır
4. Qlobal İT şirkətlərin Rusiya bazarını tərk etməsində bu Nazirlik əsas təşəbbüsçüdür, nazir şəxsən onların rəhbərlərinə məktubla müraciət edir. İndiyədək müraciətləri 90% müsbət həll olub.Twitter nazirin əsas silahıdır.
İndi də bu Nazirlik Rusiya bazarından çıxmayan qlobal şirkətlərin öz ölkələrindəki ofisləri qarşısında etiraz aksiyalarının təşkilini kordinasiya edir
5. Nazirlik indiyədək müharibə ilə əlaqəli , humanitar proseslərin və evakuasiyanın təşkili, yardımların təşkili, qaçqın və koşkrünlərin əlaqələndirilməsi, xaricdə və daxildə iş axtaran ukraynalılar üçün, orduya dəstək üçün onlarla rəqəmsal həllər hazırlayıb
6.Nazirliyin kurasiyasında olan "İT Army of Ukraine" Telegram kanalının 300 mindən çox üzvü var
7. Nazirlik evdar qadınlar, uşaqlar və yeniyetmələr üçün də işğalçılara qarşı kiber müharibə aparmaq üçün rəqəmsal həllər, kompüter oyunları hazırlayıb. Hansı ki bur resurslar Rusiya və Belarusa qarşı DDoS hücumları reallaşdırır
8. Müharibədən az öncə kriptovalyutaların Ukrayna bazarında leqallaşdırılmasının əsas təşəbbüsçüsü olan Nazirlik müharibə başlayandan sonra dünya kriptobirjalarının Rusiya üçün bağlanmasına nail olub və kriptobirjalar vasitəsilə Ukraynaya dəstək üçün yüz milyonlarla vəsait toplaya bilib.
Maraqlıdır ki , Nazirlik orduya dəstək üçün əsas döyüş səhnələri təsvir olunan NFT satışını da təşkil edib.
9. Son günlər Rəqəmsal Transformasiya nazirliyi "İT ordu" nun əsas iştirakçılarının və ölkəyə əsas valyuta gətirən İT təbəqənin ordudan azad edilməsi üçün Ukrayna hökumətinə müraciət edib.