Qanunlar güləşəndə

Qanunlar güləşəndə
 


AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d., dos. Mətanət Tağıyeva yazır:

Yeni islahatlar və Sovetdən qalma "propiska" rejimi. Bu gün 78 yaşlı atam insult keçirtdi. Təcili yardım həkimi Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına aparmağı məsləhət gördü. Bacımın müşayəti ilə apardılar. Qəbul da olundu. Amma xəstəxanada bir sutka yatmaq üçün nə az nə çox, düz yüz manat lazımdır. Səbəbi də atamın pasport qeydiyyatı olmamasıdır İynə-dərmana lazım olsaydı adamı yandırmazdı.
2014-cü ildə mərhum babama məxsus, valideynlərimin qeydiyyatda olduğu Ə.Ələkbərov küçəsi, ev 69 ünvanı bir tikinti şirkəttinin mülkiyyətinə çevrilən zaman orada faktiki yaşayan sakinlər yeni mənzillə, ya da pulla təmin edildilər. Valideynlərim və bacılarım Yasamal r-n Polis İdarəsinə qeydiyyata alındılar. Atam bağda köhnə qarajda yaşayırdı, anam isə mənim evimdə.
Ötən payız bağdan köçəndə təsadüfən bildik ki, RPİ-də qeydiyyatda olanları dinməz-söyləməz siliblər, şəxssiyyət vəsiqələri etibarsız olub. Başqa sözlə, tikilib-qurulan Bakıda aborigenlər bütün vətəndaşlıq hüquqlarından məhrum edilmişlər.
Noyabrda can verən anamı Modul tipli xəstəxanaya yerləşdirərkən pul məsələsi ortaya çıxmamışdı. Amma bu dün "Semaşko"dan bu şok xəbəri aldıq Müalicəyə nə qədər xərcimiz çıxacaq, demirəm..
SSRİ 31 ildir dağılsa da bir çox Sovet "dəyərlər"i məmurlar üçün necə də əzizdir. Güclə yeriyən ahıl atamı ASAN Xidmətə apara bilmirdim ki, evimə qeydiyyata salım. Səbəbi isə, onun COVID-19-a qarşı peyvənd olunmaması idi. Peyvəndi də edə bilmirdik ki, atamın şəxsiyyət vəsiqəsi etibarsız idi.
Belə çıxır ki, iki 1-ci qrup gözdən əlil qız hər sutka yüz manat artıq xərcləməlidir.
Sivil dünyada yerini təsdiqləmiş Azərbaycanda köhnə rejimdən qalmış relikt qanunlara görə əlil və alimlər hələ çox əziyyət çəkəcək,. Vergi İdarəsi bizim yüz manatımızla varlanmayacaq, amma bu yüz manatlar alim büdcəsinə ziyan vurcaq.
Ümidim yalnız Allahadır.
Paralel.az

0.017811059951782