İdris Abbasov yazır...

İdris Abbasov yazır...
 



Biz niyə oğurluq-əyrilik rəqabətini doğruluqdan üstün tuturuq? Niyə özümüzü düzlərlə yox, əyrilərlə müqayisə edirik? Kiçik bir vəzifə tutan kimi niyə yalanı, möhtəkirliyi, harınlığı körükləyir, rüşvətə, oğurluğa, saxtakarlığa qurşanırıq? Nadanlığımız ucbatından özümüzün başına kül ələyirik?! Ali insan olmaq imkanlarımız olduğu halda, niyə zərərli bir canlıya çevrilirik?!
 Hələ siz, insanlıq xislətini və dolayısilə hər şeyini itirmiş, əvəzində vəzifə, mal-mülk “edinmiş” tupoy alimi-kəbirin məsləhətinə bir baxın:
 “Hamı alır, sən də al. Guya sən təmiz və ağıllı çıxmısan? Ya da, acından öl! Alsaydın, indi nəyin yox idi ki?! Camaat pul oğurlayır, övladına gün ağlayır, sən də düzlükdən, hətta bizim müqəddəs plagiat fəaliyyətimizdən dəm vurursan. Nə qazandın ki? Get, nə qədər kefin çəkir, yaz! Dəstəyimiz də var, köçürəcəyik də, dövlətdən mükafat, qrantımızı alacağıq da! Ha-ha-ha”...
Hə, dostlar, Abbas Səhhət demişkən: “Tfu, sənin elmü-fənni-hikmətinə, həm sənə, həm də ol fəzilətinə”, ay Bapp-bapp!
Camaatın malını oğurladığın bəs deyil, hələ ölmürsən, acıq da verirsən. Amma zamanın tələbi olaraq sənin kimi zərərli ünsürlər süpürülüb atılacaq.
Məhz sənin kimi düşünən (düşüncəsiz) alim-akademiklərin ucbatından bu gündəyik, insan kimi yaşamaq haqqımıza qənim kəsilmisiniz. Yoxsa dünyaya Nizamilər, Füzulilər, Nəsimilər və bir çox dahilər bəxş edən bir millətin alman, ingilis, fransız, ya norveçlidən nəyi əskikdir ki, bizi onlara möhtac etmisiniz?!
Paralel.az

0.016631841659546