Şeytanın yaranması ilə spirtin hazırlanması bənzər prosesdir – ELMİ-LƏDUN

Şeytanın yaranması ilə spirtin hazırlanması bənzər prosesdir – ELMİ-LƏDUN
 


Mikrobiologiya haqqında elmi-ladun söhbətlər

Uşaqlığım və gəncliyim sovet dövrünə təsadüf etdiyindən, etiraf edim ki, həmin zamanlarda mən də hamı kimi cahillik dövrümü yaşayırdım. Belə ki, hələ 5 yaşımda atamı itirdiyimdən və başqa qardaşım olmadığından, faktiki olaraq evin kişisi sayılırdım. Bu mənə bəzi mənəvi sıxıntılar yaşatsa da, azadlıq və müstəqillik baxımından tam sərbəstlik verirdi. Ona görə də orta məktəb və sonrakı dövrlərdə sinif yoldaşlarımla, dostlarla keçirdiyimiz bütün bayram tədbirləri və buraxılış gecələri, “sobrozim”lər bir qayda olaraq bizim evdə keçirilərdi. (Bacılarım köçdüyündən və anam da (Allah ona rəhmət eləsin) qoca olduğundan bizim evimiz sinif yoldaşlarım və dostlarım üçün ən əlverişli məkan idi. Evimiz kəndin qırağındakı boyük gölün kənarında yerləşdiyindən, buradakı gözəl təbiət mənzərəsi sinif yoldaşlarımın, tələbəlik, əsgərlik və qələm dostlarımın daim diqqət və marağını çəkmiş, onlar üçün sevimli istirahət məkanı olmuşdur. Həyətimizdə hər cür meyvə ağacları vardı. Bir spirt çəkən aparat da düzəltdirmişdim, yay-payız aylarında altı daim yanardı… Odur ki, həyətimizdəki həm gözəl təbiət mənzərəsi, həm də gözəl “təbiət neməti” qonaq-qaranın bolluğuna səbəb olardı… Onu da deyim ki, həmin dövrdə (elə indi də) kitab həvəskarı idim. Həmin vaxtlar dilimizə tərcümə olunan, yenicə çapdan çıxan Quran kitabını da aldım və çox böyük həvəslə mütüliyə etməyə başladım. Quranda diqqətimi çəkən məqamlardan biri də şeytanın yaranması haqda ayələr oldu: “BİZ ŞEYTANI T Ü S T Ü S Ü Z O D D A N YARATDIQ”

Maraqlıdır ki, spirt çəkdiyim məqamlarda həmin ayələr gözlərimin qarşısına gəlir və mən həm ŞEYTANIN, həm də SPİRTİN yaranma prosesləri arasında çox böyük oxşarlıq görürdüm. Bu yazımda diqqətinizi həmin o x ş a r l I q l a r a cəlb etmək istəyirəm. Öncə onu qeyd edim ki, bunların hər ikisi T Ü S T Ü S Ü Z O D D A N (oxu: buxardan) yaranır.

Xatırladım ki, Həzrət Peyğəmbərimiz: “Dırnaqlarınızı kəsin ki, onun altında şeytan gizlənir” – deyirdi. İndi həkimlər: “Dırnaqlarınızı kəsin ki, onun altında mikroblar (bakteriyalar) gizlənir” – deyirlər. Maraqlıdır ki, həm şeytanın, həm də mikrobun (bakteriyanın) fəaliyyəti düşdüyü yeri çürüdüb, orada fəsad törətməkdən ibarətdir. Mən spirt çəkmək üçün meyvələri böyük qaba yığıb, ağzını kip bağlayırdım. Oradakı bakteriyalar (hansı ki, Peyğəmbər onu şeytan adlandırırdı) meyvələri çürüdürdü. Həmin qabın altını yandırdıqca, çürüntü T Ü S T Ü S Ü Z O D A (buxara) çevrilir, daha sonra buxar soyuq suyun içərisindəki turbadan keçdikcə, suya çevrilərək, şüşə qaba yığılırdı. Beləliklə, spirt yaranırdı.

Maraqlıdır ki, həmin bu çürümüş meyvənin suyunu (spirti) içdikdən sonra insanın abır-həyası azalır və günaha (zinaya, davakarlığa, adam öldürməyə və digər şeytani işlərə) daha çox meyilli olur. Bütün bu prosesləri gözlərim önündə müşahidə etdikcə və həyatımda bunların fəsadlarını yaşadıqca (içəndən sonra həmişə başıma pis işlər gəlirdi), dərk etdim ki, mən əslində şeytanı yaradıram və onu qəbul etdikcə də bu varlığın təsiri altına düşürəm … Odur ki, 24 yaşımdan sonra bu kimi işlərə TÖVBƏ dedim və ondan sonra heç vaxt spirtli içki qəbul etmədim…

“Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah,həm də mənfəət vardır.Lakin günahları mənfəətlərindən daha böyükdür”!” Quran, 2:219.

Bu barədə düşünməyə dəyər…
Qeyd: son dövrlər koronovirus və digər virusların “istehsalı” və yayılması da bu prinsip əsasında baş verir. Ona görə də koronavirusun sirlərindən bəhs edən yazımda bu virusun qarşısını tibb elmiylə deyil, Elmi-lədunla almağın asan olduğunu qeyd etmişdim ( Bax: https://paralel.az/az/article/304014 )

 Paşa Yaqub,
Həkim, Elmi-lədun bilicisi.

Paralel.az

0.015799999237061