“Bakı Marafonu 2023”ün qalibi: “Hər şey mənim üçün asan oldu”
“Hər şey mənim üçün asan oldu”.
“Report”un məlumatına görə, bunu “Bakı Marafonu 2024”ün qadınlar arasında qalibi Natalya Semonoviç deyib.
“Bakı Marafonu 2023”ün də qalibi olan ukraynalı idmançı ötənilki uğurunu təkrarladığı üçün xoşbəxt olduğunu bildirib:
“Keçən il olduğu kimi bu dəfə də qarşıma yarışın qalibi olmaq hədəfi qoymuşdum. Bundan əvvəlki marafonda özüm üçün rekord müəyyənləşdirmək istəyirdim. Bu gün isə sırf qalib gəlməyi düşünürdüm və bunu bacardım. Məncə, rəqabət o qədər güclü deyildi. Küləyin təsiri var idi, amma mən ona qalib gəldim”.
Qeyd edək ki, “Küləyə qalib gəl” şüarı ilə yeddinci dəfədir təşkil edilən marafona 18 mindən çox iştirakçı qatılıb.