Elmi-lədun bilicisindən şok açıqlama: “Koronavirusun müalicəsinin tibb elminə aidiyyatı yoxdur”
Elmi-lədun bilicisindən şok açıqlama: “Koronavirusun müalicəsinin tibb elminə aidiyyatı yoxdur”
Məşhur həkim və Elmi-lədun bilicisi, 36 kitab müəllifi, koronavirusu online seanslarla sağaldan Paşa Yaqub redaksiyamıza maraqlı bir yazı göndərib. Yazının oxucu marağına səbəb olacağını nəzərə alıb, saytımızın izləyicilərinə təqdim edirik:
Bu gün bəşəriyyətin başı üzərində koronavirus adlı bir kabus dolaşmaqdadır. Tibb elmi insanları bu kabusdan qorumaqda aciz qalıb və pandemiyya qarşısında demək olar ki, diz çöküb. Doğurdanmı, bu xəstəliyin dərmanı yoxdur?
Araşdırmalarımız bunun tam əksini göstərir. Uzun tədqiqatlar nəticəsində aşkar etdik ki, koronavirusun dərmanı vardır; lakin, Mendeleyevin ölümündən (1907) sonra onun tərtib etdiyi Elementlərin Dövri Sistemi saxtalaşdırıldığına görə bu dərmanı kəşf etmək alimlər üçün müşkülə çevrilmişdir. Belə ki, Mendeleyev sağ olarkən onun tərtib etdiyi cədvəldə “Nyutoniy” adlı element olmuşdur. Bu element bir çox sağalmaz xəstəliklərin, o cümlədən də koronavirusun dərmanıdır.
Sübut üçün kitabxanaların fondunda olan 1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabında (8-ci nəşr) Mendeleyevin əsl cədvəlinə baxmaq kifayətdir. Həmin cədvəldə sıfır qurupu vardır və bu qurupda yeganə element “Nyutoniy”dir.
FOTO:
Kimyəvi işarəsi “X” olan bu element cədvəlin yuxarı sol küncündə yerləşirdi. Bu maddəyə alimlər "Dünya efiri" də deyirdilər. Cəvəldə “Efir” “Hidrogen”dən əvvəl yazılmışdı; sıfır qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi. Atom çəkisi 0,4 olan bu element əsl enerji daşıyıcısıdır.“Efir”in hissələri atomları, molekulları formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir - maddənin bir hissəsidir (belə deyək ki, ruhudur, enerjisidir).
Mendeleyevin vəfatindan (1907) sonra, müəyyən qüvvələr cədvəl üzərində dəyişiklik edib, “Efir” elementini oradan xaric etdilər və “sıfır” qrupunu ləgv etdilər. Beləliklə də, bir çox sirləri bəşəriyyətdən qizlətmiş oldular. Ona görə də müasir cədvəldə “Efir” görsənmir. Çünkü “0” qrupu mövcud deyil.
Bu cür saxtalaşdırma kimya, fizika, biologiya və tibb elmlərinin gələcək inkişafına zərbə vurmaqla, sivilizasiyanın tərəqqisini dayandırdı. Hazırda məktəblərdə və Ali təhsil müəssisələrində Mendeleyev cədvəli yarımçıq tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir şey deyildir.
Böyük alim Nikola Tesla (1856–1943) “Efir”dən energi alınmasının mümkünlüyünü sübut etdi. Alim bu elementin sirrini bilməklə, daimi işləyən mühərrik yaratdı. Daha sonra, enerjinin naqilsiz paylanmasını kəşf etdi. Bu da onun karyerasının sonunu gətirdi: hoteldə qaldığı otaqda müəmmalı şəraitdə ölü tapıldı. Dərhal onun otağından bütün əlyazmalarını, elmi işlərini kəşfiyyat xidməti yoxa çıxardı.
Haşiyə: Oxucuda sual yaranacaq ki, “Efir” elementi və onun faydaları bəşəriyyətdən niyə belə ciddi-cəhdlə gizlədilir?
Səbəb budur ki, element Kainatın enerjisini, ruhunu təşkil edir.“Efir”in varlığını, onun sirrini bilmədən Kaninatın, yaradılışın dərki mümkünsüzdür. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə insanların dərrakəli olması maraqlı deyil (ağıllı, dərrakəli insanı istismar etmək çətindir). Həmçinin, daimi işləyən mühərriklərin həyata tətbiq edilməsi enerji resurslarına nəzarət edən mafiyaların marağına uyğun deyildir.
Eləcə də bütün xəstəlikləri bu elementin vasitəsi il dərmansız sağaltmaq dərman istehsalı ilə məşğul olan böyük şirkətlərə (mafiyalara) sərf etmir.
“Efir” enerjisi bütün xəstəliklərin dərmanıdır
Yuxarıda qeyd etdiyimiz kimi, Elementlərin Dövri Sistemindən “Efir”in çıxarılması kimya, fizika və biologiya elmlərinin inkişafının qarşısını aldığı kimi, tibb elminə də böyük zərbə vurdu.Tibb elmi adını çəkdiyim elmlərə bağlı olduğundan, onlar kimi yarımçıq qaldı.
Təcrübəmiz göstərir ki, “Efir” elementinin sirlərini dərindən bilməklə, bundan bir çox sağalmaz xəstəliklərin, o cümlədən də koronavirusun bütün ştammlarının müalicəsində istifadə etmək mümkündür. Qeyd edək ki, neçə illərdir bizim tətbiq etdiyimiz elmi-lədun müalicə metodu da məhz bu sirlərə əsaslanır. Artıq xərçəng, Parkinson, dağınıq skleroz və s kimi sağalmaz xəstəliklərdən əziyyət çəkən onlarla xəstəni bu elementlə sağaltmışıq və hətta, sağalan xəstələr özləri bu barədə kitab da yazıblar.
Bu elementi müalicəyə tətbiq etmək üçün müəyyən sirləri bilmək lazımdır. Biz bu sirlərə uzun araşdırmalardan, tədqiqatlardan sonra vaqif olduq. Elə bu səbəbdəndir ki, koronavirusa yoluxma və tibbelminin müalicəsiz hesab etdiyi bir çox xəstəlikləri heç bir dərman tətbiq etmədən, “Efir” enerjisi ilə müalicə edirik. (Məsələn: bütün növ qorxular, fobiyalar, depressiyalar, həzm sistemi xəstəlikləri, zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq, uroloji xəstəliklər, autizm, onurğa xəstəlikləri, cinsi disfunksiyalar, hormon pozuntuları, nevrozlar, sinir sistemi xəstəlikləri, yuxusuzluq, parkinson, şizofreniya, miqren, zob, mielit, miasteniya, dağınıq skleroz, dəmirov və s. dəri zöhrəvi xəstəlikləri, sonsuzluq, kista, mioma, fibroma, xərçəng və s xəstəlikləri hazırda bu elementin köməyi ilə uğurla müalicə edirik).
Bir daha vurğulamaq istəyirəm ki, Efir enerjisini koronavirusun (o cümlədən Omikron ştammının) da müalicəsinə tətbiq edib, xəstəliyi sağaltmaq mümkündür və biz hər gün onlarla xəstəni bu üsulla koronavirus bəlasından xilas edirik. Bunun üçün xəstəxanada və yaxud ev şəraitində müalicə alan xəstələrlə bizim aramızda videobağlantı yaratmaq kifayət edir. Ötürdüyümüz “Efir” enerjisinin dalğaları ilə virusu orqanizmdən cəmi bir neçə günə yox edirik.
Koronovirusdan sağaltdığımız pasiyentlərimizin ürək sözləri
Bilirəm, bu məqamda oxucunu bir vacib sual düşündürür: hansısa bir koronavirus xəstəsini sağaltmağı barədə müəllifin əlində rəsmi sənəd varmı? Haqlı və məntiqli sualdır. Bunu nəzərə alıb, mən bir həkim olaraq ortaya qoyduğum iddianı sübut edən sənədləri oxucuara təqdim edirəm.
Öncə onu qeyd edim ki, sağaltdığım xəstələrin çox hissəsi məlum səbəblərdən adının çəkilməsini istəmir. Biz də qanuna uyğun olaraq onların adlarını gizli saxlamaq məcburiyyətindəyik. Ancaq onlardan bir neçəsi adının və sənədlərinin yayılmasına razı oldu (bir neçə pasiyentim isə, televiziyanın canlı yayımına qoşularaq, onları koronavirusdan sağaltdığımı etiraf ediblər. Bu barədə Youtube kanalımızda videolar var). Həmin pasiyentlərdən birinin adı Seymur Ağayevdir. Bu azərbaycanlı gənc Türkiyənin Tokak dövlət xəstəxanasından aradı məni. Yazdı ki, 2020-ci ilin martın 23-dən öskürək, sinə ağrıları və mədə-bağırsaqdakı yanğılarla həkimə müraciət etdim. Testin nəticələri pozitiv çıxdı və məni koronavirus diaqnozu ilə xəstəxanaya aldılar...
Seymur mənə müraciət edəndə artıq martın 27-si, səhər saat 10 idi və o, öskürəkdən, sinədəki ağrılardan demək olar ki, nəfəs ala bilmirdi... Dərhal onu videoseans etdim və “Efir” enerjisini dalğalar şəklində onun sinə, boğaz, kürək nahiyyələrinə ötürdüm. Soruşdum ki, nə hiss edirsən? Dedi sanki sinəmdən nəsə çıxdı və mən yüngülləşdim. Elə mənimlə danışa-danışa dedi öskürəyim azaldı, sinəmdəki ağrılar yüngülləşdi. Axşamüstü göndərdiyi səsli mesajda Seymur deyirdi ki, mən özümü əla hiss edirəm, bu gün bütün dostlarımla sosial şəbəkə vasitəsi ilə görüntülü danışmışam (əvvəl öskürəkdən danışa bilmirdi)...
Beləliklə, martın 27-dən başlayaraq, pasiyentimi hər gün videoseans etdim. Hər seansdan sonra Seymur özünü daha da gümrah hiss edirdi. Nəhayət, martın 30-da Seymurdan təkrar test götürüldü və cavab neqativ çıxdı. Artıq o, Tokat Dövlət Xəstəxanasından evə buraxıldı.
Sübut olaraq, onun sağalmasını təsdiq edən Türkiyə Cümhuriyyətinin Tokat Dövlət xəstəxanası tərəfindən verilmiş arayışı sizlərə təqdim edirəm (arayış yazıya əlavə edilir).
Seymur Ağayev feysbuk profilində yazır:
“Nəhayət ki, bu gün xəstəxanadan çıxdım. Koronavirus bəlasından qurtuldum. Mənə xəstəxanada baxan həkimlərə, bütün narahat olan dostlara və ən əsası doktor Paşa Yaquba öz minnətdarlığımı bildirirəm.
Mən xəstə olduğum vaxt dostlardan biri mənə Paşa Yaqubla əlaqə yaratmağımı söylədi. Mən eyni gecədə doktor Paşa Yaquba whathsapda yazdım. Sabah Doktor mənə cavab verdi və mənimlə online şəkildə bir neçə seans etdi. Və hələ ilk seansdan mən özümü çox yaxşı hiss etməyə başladım. Zamanla artıq özümü çox rahat hiss elədim. Və nəhayət dünən mənə bir daha Koronovirus testi olundu.Nəticə neqativ çıxdı və mən artıq bu gün xəstəxanadan ayrıldım.Başda Paşa Yaquba və Türkiyə Cumhuriyəti Tokat Dövlət Xəstəxanasının həkimlərinə, sonra isə, mənə bu zamanlarda dəstək olan bütün dostlara təşəkkür edirəm. Hər kəsə inamlı olmağı tövsiyyə edirəm. Var olun.
Hörmətlə: Seymur Ağayev.
Koronovirusdan xilas etdiyimiz digər pasiyentimiz Azərbaycan Respublikası Autizm Difektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Qəzənfərqızı (Məmmədli) yazır:
Salam Paşa doktor. Dünən etdiyiniz videoseansdan sonra məndə koronovirusun bütün əlamətləri demək olar ki, yoxa çıxıb.Ağrılarım yoxdur, iy və dadbilmə qabiliyyətim bərpa olunub, iştahım açılıb. Özümü çox gümrah hiss edirəm. Həkimin yazdığı sistemləri vurdura bilmədim. Çünki, poliklinikanın iynə otağı tibb bacılarının yoluxması səbəbindən bağlı idi. Sizin etdiyiniz bir videoseansla bir xeyli nəticə əldə etmişəm. Ümid edirəm ki, növbəti seanslarda sağlamlığımı tam bərpa edəcəm. Bird aha Sizə öz təşəkkürümü bildirirəm.
Qeyd: Bundan qabaq Çiçək xanımı eyni metodla xərçəng xəstəliyindən müalicə etmişdik.
Zərdab rayon sakini Nuriyev Vahib Nuru oğlu:
Təxminən on gün qabaq nişan mərasimində iştirak etdik. Oradan gələndən sonra ailəlikcə bizdə qızdırma, öskürək, halsızlıq, iştahsızlıq, ağrılar yarandı. Həkimə müraciət etdik və Covidə qarşı götürülən analizlər müsbət çıxdı. Aparılan müalicəlr effekt vermirdi, sadaladığım əlamətlər daha da artırdı. Daha sonra doktor Paşa Yaquba müraciət etdik. Onun videoseansından bir neçə saat sonra günorta çox böyük iştahla yeməyə başladım. Çörək yeyərkən birdən yadıma düşdü ki, axı mən bir həftəydi heç nə yeyə bilmirdim, necə oldu ki, indi iştahla yeməyə başladım? Anidən yadıma düşdü ki, axı mən bir neçə saat qabaq videoseans etdim. Fikir verdim ki, bədənimdə nə ağrı var, nə halsızlıq var... normal vəziyyətdəyəm. Tez telefonu götürüb Paşa Həkimə zəng etdim və ona bir daha təşəkkür etdim. Allah ondan razı olsun ki, bizi koronavirusun cəngindən xilas etdi. Həm də evimizdən çıxmadığımız halda. Daha heç bir iynə dərmana ehtiyac qalmadı.
Pasiyentlərin siyahısını xeyli uzatmaq mümkündür. Ancaq oxucunu yormamaq üçün bunları kifayət hesab edirik.
Beləliklə, aydın görünür ki, Dünya səhiyyə sisteminin aciz qaldığı, konkret müalicə təyin edə bilmədiyi, təyin etdiyi müalicənin də effektinə qarantiya vermədiyi koronovirusu biz bir neçə videoseansa sağaldırıq (uşaqlarda 1-2, böyüklərdə isə, 3-5 seansa tam sağalır).
Tibbi vasitəlrlə müalicədə isə, həftələrlə, bəzən aylarla cürbə-cür bahalı pereparatlar bədənə yeridilsə də, xəstənin sağalıb-sağalmayacağına qarantiya yoxdur. Sağalan xəstələr də çox vaxtı dərmanların hesabına deyil, orqanizmin müqaviməti hesabına sağalır. Hətta, həftələrlə xəstəxana şəraitində müalicə alıb, evə buraxılan xəstələrin böyük əksəriyyətində əzələ ağrıları, mədə-bağırsaq problemləri, halsızlıq… kimi koronavirus əlamətləri aylarla davam edir.
Oxucuda sual yaranacaq ki, niyə Elmi-lədunla 3-5 günə sağalan virusun tibb elmində müalicəsi aylarla çəkir, bəzən hətta, sağala bilmir?
Bunun səbəbi (sirri) odur ki, koronavirus (bütün ştammları) neqativ enerjidir. Bu enerjiyə heç bir dərman təsir etmir. Bu virusa (neqativ enerjiyə) qarşı yeganə vasitə yuxarıda bəhs etdiyimiz “Efir” enerjisidir ki, bunu tətbiq etməyin sirlərini biz uzun axtarışlardan sonra Elmi-lədun yoluyla kəşf etdik. Neçə illərdir ki, bu metodla biz sağalmaz xəstəlikləri sağaldırıq (qüdrət Allaha məxsusdur). Son iki ildə isə, bu metodla Azərbaycanda və xaricdə yaşayan minlərlə insanı koronavirusun cəngindən qurtarmışıq.
Təcrübəmiz əsasında belə deyə bilərik ki, əslində koronavirusun müalicəsi ümumiyyətlə, tibb elminə aid deyil. Bir halda ki, sağaldacağına qarantiya vermir və konkret müalicə tətbiq edə bilmir, bu elmə necə etibar etmək olar?
Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi, 36 kitab müəllifi
Paralel.az
Əlaqə: +99450 375 30 97 (vatshap)