Dahinin vəsiyyəti

Dahinin vəsiyyəti
 
 
Əgər, siz maraqlı mövzudan yapışmısınızsa – gərgin həyat, romantika, insan taleləri, dramatizm və komizm – lənət şeytana, ondan bərk yapışın. Oxucuya yol fəlsəfəsini nəql etməyi öz boynunuza götürməyin, qoy bunu sizin qəhrəmanlarınız etsin – işlərilə, əməllərilə, sözlərilə.
Hər hansı kitabın ruhu müəllifin kənara çəkilməsini tələb edir. Nəql etmək lazım deyil – şəklini çəkmək, yaratmaq, göstərmək lazımdır. Bir-birinə hörülmüş yüz söz, yüz mənasız kitabdan qiymətlidir. Stivensona və Kiplinqə diqqət edin, görün onlar necə özləri kənara çəkilir, qəhrəmanları isə yaşayır, adamların qəlbinə girir, səhərə kimi lampanı söndürməyə qoymur...
Siz bağçada gül dərəndə qarşınıza çıxan hər otu-ələfi yığmırsız, güllərin qəşəngini, ətirlisini seçməyə çalışırsınız. Ədəbiyyat da belədir, fikirlərin ən mənalısını, sözlərin ən yaxşısını seçmək və yerində işlətmək lazımdır. Bu zaman özünüzü yaddan çıxarın, unudun, tamamilə əsərinizin quluna çevrilin. Bax, onda Dünya sizi unutmaz...
Qalib Arif
0.018798112869263