Antiinhisar Dövlət Xidməti, ADY və işləməyən dəmir yolu

Antiinhisar Dövlət Xidməti, ADY və işləməyən dəmir yolu
 
 
Bir neçə gün öncə Antiinhisar Dövlət Xidmətinin kifayət qədər ciddi bir açıqlaması olmuşdu, baxmayaraq ki, bu məlumatdan sonra elə də rezonans olmadı.
Antiinhisar Dövlət Xidməti Azərbaycan Dəmir Yollarına qarşı antiinhisar qanunvericiliyin pozulması ilə bağlı iş qaldırdığını bildirib. Hazırda bu istiqamətdə araşdırmalar getdiyi bildirilir.
Ümumiyyətlə, son zamanlar Antiinhisar Dövlət Xidmətinin təbii inhisar subyektlərinə qarşı antiinhisar tədbirlərini gücləndirdiyi də müşahidə olunur.
Maraqlı məqam odur ki, ADY son bir neçə ildir ki, necə deyərlər, yarım gücü ilə işləyir.
ADY ölkədaxili sərnişin daşımalarını tam dayandırıb. Və bununla bağlı ağlabatan bir açıqlama da verməyib. Sadəcə hansısa təkmilləşdirmə işlərinin aparıldığını açıqlayıb.
O da maraqlıdır ki, ötən bir neçə ildə ADY bir neçə beynıəlxalq layihəni, daha böyük layihələri uğurla başa çatdıra da bilib. Amma lokalda ilişib qalıb.
Son zamanlar ADY Prezidentin də iştirakı ilə bir neçə infrastruktur layihələrinin təqdimatını edib.
Antiinhisar Dövlət Xidmətinin ADY-ə qarşı iş qaldırdığı məlumatını əldə edəndə düşündüm ki , bəlkə də ADY həm də digər sərnişin daşıyan qurumlarla, özəl sərnişindaşıma xidmətləri ilə separat sövdələşmə bağlayıb ki, onların bazarına mane olmasın.
Proseslərin bu qədər uzanmasını əsaslandıracaq başqa hansısa ağlabatan səbəblər görsənmir.
Çox düşündürücüdür ki, bu nəhənglikdə qurum dəmir yolu ilə ölkədaxili sərnişin daşımasının 2 ildir ki dayandırılması ilə bağlı heç bir ağlabatan açıqlama verməyib. Hansı işlərin görüldüyü və görüləcəyini, nə zaman başa çatacağını açıqlamayıb.
Qarşıdan Novruz bayramı gəlir. Xeyli sayda insanlar qatarlarla gediş-gəlişə üstünlük verir. Daxili dəmir yol xətlərində servis və orta sürət xeyli zəif olsa da digər nəqliyyat növlərinə nisbətən daha sərfəli və effektiv idi. Amma onu da ADY əlimizdən alıb.
0.028318881988525