"Gəlin qaya" əfsanəsi - 27-ci hissə

 
 
 
Ağabəy Əhmədin çobanı vardı,
Bir həmlə eyləsə dağ aşırardı.
Polad tək əyilməz onun qaməti,
Tayfa arasında vardı hörməti.
Ona ad vermişdi tayfa davası
«Gəlin qaya» oğlu, «qaya balası»
Pəhləvan cüssəli yetim XANÇOBAN,
O, Ağa Əhmədə olmuş baş çoban.
Əhmədə xoş gəlir çobanın adı,
Xançoban dar gündə ona arxadı.
Əhməd bəy təriflər igid nökəri,
Sara çörək verər axşam-səhəri.
Toplaşar qız-gəlin bulaq başına,
Cavanlar başlayar at yarışına.
Güləşdə, çapışda meydan sulardı,
Xançoban hamıdan xələt alardı.
Əhməd bağışlamış qara Kəhəri,
Üstəlik belində gümüş yəhəri.
Qaranın atıydı o qara Kəhər,
Xançoban tumarlar hər axşam, səhər.
Sara hər görəndə yetim çobanı,
Məhəbbət eşqiylə qaynardı canı.
****
Cavanlar yetişir yetkin yaşına,
Qız-gəlin toplaşır tonqal başına.
Günləri keçirdi aranda, dağda,
Mil-Muğan düzündə, gah Qarabağda.
Saranı sevsə də yazıq Xançoban,
Bəy-nökər sözünə edirdi qurban.
Düşünüb-daşınır min dəfə azı,
Ağa nökərinə verərmi qızı?
Çarəsiz eşqinə gətirsədə tab,
Bu çətin suala, tapmırdı cavab.
Aləmə yayıldı sözü, söhbəti,
Yetim Xançobanın bu məhəbbəti.
Bu sevgi-məhəbbət düşdü dillərə,
Yayıldı mahala, eldən-ellərə.
Əhməd bəy olunca bu işdən halı,
Getdikcə dəyişdi bəyin əhvalı.
Əhməd bəy, Cəfərə göndərdi xəbər,
Dəvə karvanıyla gəldi elçilər.
Qızıl məcməyidə, qızıl qol bağı
Gəzdi əldən-ələ məclis qabağı.
Xalatlar, baratlar sayıldı bir-bir.
Kosa Hacı Cəfər tökürdü tədbir.
Daş-qaş öz gücünü göstərdi burda,
Su tapar çuxurun, olsa da harda.
 
Davamını izləyin...
Allahverdi Kərimoğlu
0.018261909484863