Pandemiya may ayında bitir?
Paralel.az xəbər verir ki, türkiyəli professor Özgür Enginyurt havaların istiləşməsi ilə dünyada koronavirusun tamamilə yox olacağını ifadə edib. O, may ayında pandemiyanın bitməsinə ümid etdiyini bildirib: “Türkiyədə və bütün dünyada yoluxmaların sayı, eyni zamanda ölüm halları da azalır. Bu iki inkişafa əsaslanaraq, peyvəndin effektivliyi indi sübut edilmişdir. Yəni yoluxmaların sayının azalması peyvəndlərlə bağlıdır. Bundan əlavə, sonuncu variant olan Omicron variantı təsirsiz bir variantdır. Biz bunu viruslarda gözləyirdik. Növbəti variantda koronavirus tamamilə məhv ediləcək. Müsbət amillər də olacaq. Havalar isindikcə yoluxmaların sayı daha da azalacaq. Vətəndaşlarımızın bundan sonra etməli olduğu tək şey ictimai yerlərdə maska taxmaqdır. Bundan əlavə, mütləq xatırlatma dozası peyvəndi etməlidirlər.
Qrip hər il dəyişdiyi kimi, Omicron variantından sonra da dəyişikliklər olacaq. Covid bundan sonra həyatımızda olacaq, qrip varsa, Covid də olacaq. Bu, yuxarı tənəffüs yollarının infeksiyalarına səbəb olan digər viruslar, quş və donuz qripi kimi normallaşacaq və həyatımızı təhdid etməyəcək”.
Nigar