Enerji bazarlarının gərgin müzakirə mövzusu olduğu hazırkı günlərdə maraqlı statistikadır...
Rövşən Ağayev:
"ABŞ son 10 ildə təbii qaz istehsalını təxminən 2 dəfə artırmağa nail olmuş təl ölkədir. Hazırda ABŞ istehsal etdiyi qazla öz istehlakını təmin edəndən sonra dünya bazarlarına 100 mlrd. kub da təbii qaz sata bilir.
Son 10 ildə Niderland və B. Britaniyada qaz istehsalının sürətlə azalması nəticəsində Avropa üzrə qaz istehsalı 30%-dən çox (təxminən 100 mlrd. kubmetr) azalıb. Amma bu müddətdə alternativ enerjiyə keçid, enerji qənaəti texnologiyalarının tətbiqi nəticəsinddə Avropa üzrə qaz istehakı da təxminən 80 mlrd. kubmetr azalıb. Ümumilikdə isə Avropada təməl enerji növlərinin məcmu istehlakı 10 ildə 10% azalıb. İqtisadi böyümənin dayanmadığı şəraitdə enerji istehlakında azalama məhz enerji qənaəti texnologiyalarının sayəsində baş verir.
Qaz istehsalını son 10 ildə sürətlə artıran ölkələrdən biri də İrandır: 10 ildə 60%-ə yaxın artırmaqla 150 mlrd. kubddan 250 mlrd. kuba çatdırıb. Sadəcə İranın problemi odur ki, hələ də nəhəng qaz potensialının çox az hissəsini hasilat mərhələsinə gətirə bilir. Məsələn, BEA-nın məlumatına görə, Rusiya və İranın təsdiqlənmiş qaz ehtuyatları təxminən eynidir - 40 trilyon kuba yaxın. Lakin Rusiyada daha effektiv enerji və sərmayə siyasəti nəticəsində İrandan 2.5 dəfə artıq təbii qaz istehsal edir. Rusiya ümumi istehsalının təxminən 30%-ni (250 mlrd. kuba yaxın) ixrac edə bilir. Amma İran öz istehsalının cəmi 7-8%-ni (20 mlrd. kubdan da az) ixraca yönəldə bilir."