"Gəlin qaya" əsəri - 13-cü bölmə

 
 
***
Gizlənir dağlarda günəşin üzü,
Qovur yavaş-yavaş gecə gündüzü.
Çökür yer üzünə qatı qaranlıq,
Itirir özünü Saray bir anlıq.
Gəlir qulağına Qaranın səsi,
Yayılır aləmə ahı-naləsi.
Oyadır yuxudan bu səs elatı,
Kövrəldir hamını yanıq bayatı.
Əzizinəm Milə gəl,
Muğana gəl, Milə gəl.
Əlim yardan üzüldü,
Döndü canım,, külə gəl.
Sarayı kövrəldir Qaranın səsi,
Ox kimi sancılır hər bir kəlməsi.
Tökür gilə-gilə gözündən yaşı,
Büdrəyib yıxılır hər addım başı.
Qaranlıq gecədə getmək istəyir,
QəFlətən əlləri əllərə dəyir.
Qorxulu vahimə bürüyür onu,
Hiss etdi çatıbdı ömrünün sonu.
Demə nökər Nayıb durub pusquda,
Ürəkdən sevirmiş Sarayı, o da.
Nökər yalvarır ki, gəl alım səni,
Dilindən eşidim bir “hə” kəlməni,
Qaçaq bu diyardan, gedək uzağa.
Nə xanım danlasın, nədə ki Ağa,
Çoban Qara ilə görüşsən, gerçək.
Ağa, bəy dərinə saman təpəcək,
Gəl səni aparım, qaçım buradan.
Sən vəFa gözləmə Çoban Qaradan,
Hələ tam çıxmamış ağzından sözü.
Sillədən od saçdı Nayıbın gözü,
Axdı zıldır-zıldır gözünün suyu.
Bax belə qurtardı Nayıbın toyu,
Saray tez qayıdır daxmaya sarı.
Eşidib, duymasın bəy adamları,
 
Davamını izləyin...
Allahverdi Kərimoğlu
0.019250869750977