Startaplara dövlət dəstəyi və ekosistemin inkişafı haqqında

Startaplara dövlət dəstəyi və ekosistemin inkişafı haqqında
 
 
Osman Gündüz:
Məlumdur ki , ölkəmizdə hələlik startaplara yeganə dövlət dəstəyi mexanizmi İqtisadiyyat Nazirliyi tabeliyində KOBİA-nın verdiyi Startap şəhadətnaməsidir.
Bu məqsədlə yaradılan Ekspertlər Şurası indiyədək 36 startapa Şəhadətnamə verilməsini tövsiyyə edib.
Startap şəhadətnaməsinin isə üstünlüyü ondan ibarətdir ki, bu statusu qazananlar 3 il müddətinə əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olurlar.
Tövsiyyə olunur ki, yalnız gəliri olan startaplar Şəhadətnamə üçün müraciət etsinlər.
Dəfələrlə qeyd etmişik ki, hazırda ekosistemdə daha ciddi problemlərdən birisi startapların ilkin inkişaf dövründə əldə edə biləcəyi dəstək və investisiyalarla bağlıdır.
Burada isə dövlət dəstəyinə, Universitetlərin dəstəyinə ciddi ehtiyac var.
Yəni, gəlirlər əldə edənədək, ilkin mərhələdə startaplara dəstək olduqca vacibdir.
Qanunvericiliyin təkmilləşdirilməsi, Vençur maliyyələşmənin işə salınması , investisiya imkanlarının yaradılması, regional və xarici bazarlara çıxışla bağlı ASAN, RİNN və KOBİA səyləri gücləndirilməlidir.
Beynəlxalq ödəniş sistemləri ölkəyə dəvət olunmalıdır.
Bu proseslər oldiqca ləng gedir.
Hazırda regionda baş verənlər də ölkəmizdə bu sahədə görüləcək işlərin sürətləndirilməsini, ekosistem üçün münbit şəraitin kökündən yaxşılaşdırılmasını diqtə edir.
Regionda baş verən beyin axınından faydalanmaq üçün addımlar atılmalıdır.
Ermənistan və Gürcüstanın İT sahəsində Rusiya üçün HUB -a çevrilməsinə yol vermək gələcəkdə bizim üçün ciddi risklər yaradacaq.
Adı çəkilən dövlət qurumlarının, qlobal şirkətlərin ölkəmizdəki nümayəndəliklərinin , ekosistem nümayəndələrinin iştirakı ilə tez bir zamanda bu istiqamətdə müzakirələrin keçirilməsi çox faydalı olardı.
0.031592130661011