"Gəlin qaya" əfsanəsi - 12-ci bölüm
***
Muğanda Cavad xan, Mildə Sarı xan,
Köçəri əhlinə tuturdu divan.
Bac alıb yığırdı elin sərvətin,
Apardır üstəlik külli-külFətin.
Dözmədi səbrlər, tükəndi daha,
Ümid də qalmadı bu gün sabaha.
Elatda cavanlar bağlayıb dəstə,
Hərdən hücum çəkir xan-bəyin üstə.
O ayı biləkli, Ayı Fətalı,
Öznünkü sayırdı xan-bəyin malın.
Boynuna alardı kəli-öküzü,
Nə yerdə, nə yurdda qalmazdı izi.
Bəylərə, xanlara kəsilmiş yağı,
Çəkirdi onlara əlvəli dağı.
Köçəri tayFası Ağbığ Alını,
Seçdilər qorusun elin malını.
Süleyman dönərdi şirə-pələngə,
Nər oğul lazımdı dözə bu cəngə.
Mil, Muğan tanıyır Qara Çobanı,
Yağıdan qoruyur eli, obanı.
Gur səslə oyadır aləmi Ataş,
Salırdı səsiylə düşməni çaş-baş.
Nər oğul nər idi Baltalı Məmməd,
Yağını tutanda atardı kəmənd.
TayFa davasında olardı öndə,
Xanlara, bəylərə toy tutar gündə.
Eldə məşhur idi papaqçı Alı,
Yerişi, duruşu, hüsni-camalı,
Aləmi özünə edərdi heyran,
Bəy-xanın şərinə o oldu qurban.
Tat Alı yüyürəkdə atı minirdi,
Tərlan tək qıy vurub, haya gəlirdi.
Eyvaz Alı sərdən vurar davada,
Bəlgə tutar, çomaq oynar havada.
Əlnəzər qıy vurub girsə meydana,
Gərək ki, o meydan qana boyana.
Çox idi mahalda ərlər-ərənlər,
Danə Alı kimi tədbir tökənlər.
Qoruyub yağıdan eli-obanı,
Belə yaşayıblar keçmiş zamanı.
Davamını izləyin...
Allahverdi Kərimoğlu