"Gəlin qaya" əfsanəsi - 11-ci bölüm

 
 
Bölmələri ardıcıl oxuyun, məzmunun yadda saxlayın.
***
Gözəllər gözəli o Saray xanım.
Alırdı əqlini min-min cavanın,
Atasız, anasız böyüyən bu qız.
Elatın qoynunda qalmadı yalqız,
Süpürgə süpürür bəy qapısında.
Bir tikə çörəyə möhtacdı o da,
Bu şirin həyatda yaşamaq üçün.
Min əzab içində işləyir hər gün,
Hər gündə süpürər həyət-bacanı.
Bəy qula çevirər qarnı acanı,
Verər əzabını yetim-yesirə.
Təhqirə dözülər göz görə-görə,
Hər canlı həyatda yaşamq istər.
Kimi əzab çəkər, kimi keF çəkər.
Hər kimə Allahı uzadarsa əl,
Onun əqli, şüuru olar mükəmməl.
Kamil eyləmişdi Sarayın şüurun,
Günəşdən almışdı elə bil nurun.
Huriyə, pəriyə oxşar vüqarı,
Alma tək qızarır al yanaqları.
Hər görən gözlərin əqlini alır,
Gözəlçə yetimə hamı mat qalır.
Bədəndə cəmlənib gözəllik cəmi,
Cəlb edir özünə külli-aləmi.
Əmisi qızına vurulur Qara,
Özüylə aparır hər il dağlara.
Qara çökək daşa südü sərərdi,
Qaymaq düzəldərdi, Saray yeyərdi.
O da çox istərdi Çoban Qaranı,
Onunla gəzirdi dağı-aranı.
Dözərdi çöllərdə yağışa-qara,
Təki hər istəyi çıxsın bahara.
Ay keçdi, il ötdü yaşa doldular,
Leyli-Məcnun kimi aşiq oldular.
****
Yaylaqda sürünü verib yamaca,
Pəhləvan cüssəli Çoban Qararca.
Çomaqdan sinəyə basdığı sazla,
Bülbül tək ötürdü min xoş avazla.
Toy-düyün başlardı elat mahalı,
Toplardı məclisə bütün cahalı.
Kimi at çapmaqda, kimi güləşdə,
Sevənlər sevərdi belə görüşdə.
Həmin görüşlərdə Qara çoban da,
Göstərdi hünərin ər meydanında.
Güləşdə, çarpışda qalib gəldi o,
Bəylərin bağrını sanki dəldi o.
Gizlində Ağa-bəy tələ qururdu,
Mərd qalib gəlsə də namərd qovurdu.
Ağa-bəy itirdi GUYA atını,
Ələk-vələk etdi yerin qatını.
Gəzdi soraq-soraq bütün mahalı,
Qəzəblə ötürdü Ağanın halı.
Ağa bəy tapmadı atından əsər,
Qaraca günahkar oldu müxtəsər.
Divanlar quruldu, zindana düşdü,
Ayı fətalıyla orda görüşdü.
 
Davamını izləyin...
Allahverdi Kərimoğlu
 
0.014531135559082