"Gəlin qaya" əfsanəsi - 10-cu bölüm
Bölmələri ardıcıl oxuyun, məzmunun yadda saxlayın
***
Bir məsəl qalmışdı elat elində,
Hər zaman söylənir yeri gələndə.
«Muğan-Muğan olsa biri üç eylər,
Muğan tuFan olsa üçü heç eylər».
Körpə qız uşağı doğan bir ana,
Qovuşdu əbədi haqqı cahana.
Təbibsiz, dərmansız getdi dünyadan,
Övlada həyatın o verdi qurban.
Südəmər körpəni anasız qoydu,
Nə zaman doymadı, nə körpə doydu.
Hələ körpəlikdə çox gördü üzlər,
Çox acı baxışlar, tənəli sözlər.
Ata qapı-qapı gəzdirdi onu,
-Fəlakət gətirdi bu işin sonu.
Kişini davada vurdu Cavad xan,
Üzdü baş-bədənin, qılıncla-qalxan.
Atadan, anadan qaldı qız yetim
Qoynunda böyüdü hər Fəlakətin.
Gəzir ayaq yalın qızcığaz qışda.
Titrəyər qapıda, qarda-yağışda,
Gəzər qapı-qapı, dilənər çörək.
Yetimi Ilahi saxlasın gərək,
InsaFı olmayan qapıdan qovar.
Imanlı kəslər də qarın doyurar,
Dilənib-dolanır min dəFə azı.
Verən də başına vurar qapazı,
Həm dərddi, dərmandı insana çörək.
Çörəyə xor baxan cəza çəkəcək,
Çörəyin qədrini bilərsə hər kəs.
Çalışar, vuruşar dayanmaz əbəs,
Ilahi qorudu onu xətadan.
HiFz etdi hər zaman gələn bəladan,
Fəsildən-fəsilə ötdükcə hər ay.
SəFalət içində böyüdü Saray,
davamını izləyin...
Allahverdi Kərimoğlu