"Gəlin qaya" əsəri - 9-cu hissə

 
 
 
Bölmələri ardıcıl oxuyun, məzmununu yadda saxlayın
 
Bəy oğlu Əhmədi qoyarlar lağa.
Topal da çalışar tutduğun bağa,
Əhməd ağa,
Girdi bağa.
Bir quş tutdu,
Oldu ilan-qurbağa.
Lağ-lağı edərdi kənd uşaqları,
O da hikkə ilə qovar onları.
Hirsindən ağlardı axşam-səhəri,
Ağa-bəy səyridib hərdən kəhəri.
Qovar uşaqları atın döşündə,
Qəddarlıq vardı sərt görüşundə.
Ağa-bəy tutardı əldə tatarı,
Qorxudar hamını onun vüqarı.
Qozbel bir kişiydi, bığları eşmə,
Görəndə hamını tutar gülüşmə.
Hirsindən qurd kimi o da qudurar,
Harda gülən görsə qamçıyla vurar.
Qatar bir-birinə nökər-naibi,
Hər axşam-səhəri olar əsəbi.
Zəhləsin tökərdi kəndin, kəsəyin,
Tökər dəyirmanda unun, kəpəyin.
Hikkədən əsirdi əli, ayağı,
Kəsilib elə bil hamıya yağı.
Əlində süpürgə dayanmış Saray,
Hıçqıra-hıçqıra qoparır haray.
Yazıq qızcığazı şallaqla döyür,
Salır təpik altda, ədəbsiz söyür.
Ağzı köpüklənir, qızmış dəvə tək,
Bunların kökünü mən kəsim gərək.
Qışqırır, bağırır, səsi yüksəlir,
Xanımlar, xatınlar minnətə gəlir.
Yetimi alırlar onun əlindən,
Nadan əl çəkərmi bəd əməlindən?
Döyülə-döyülə böyüyür bu qız,
Parlayır səmada sanki bir ulduz.
***
OARA xəyallarla uzanır yerə,
Gözlərin zilləyir mavi göylərə.
Pünhan bir dərədə dincini alır,
Gələcək günlərin qeydinə qalır,
Bir deyil, beş deyil onun arzusu.
Hələ qabaqdadı xan-bəy qorxusu,
Lalədən biçilib dərənin donu.
Şirin bir yuxuya qərq edir onu,
Bir qarğa oyadır onu yuxudan.
Günəş mənzilinə çəkilən zaman,
Qaraca tələsik durdu ayağa.
Üz tutdu kənddəki sahibsiz bağa,
 
Davamını izləyin...
Allahverdi Kərimoğlu
 
0.014609098434448