Rusiya - Ukrayna müharibəsi : "Azərbaycanı daha bir təhlükə gözləyə bilər"

Rusiya - Ukrayna müharibəsi :
 
 
 Osman Gündüz:
Rusiya İnternetini (RuNet) qlobal şəbəkədən ayırmaq istəyirlər.
Qlobal internet şəbəkəsinin arxitekturasına cavabdeh magistral operatorların bəziləri öz imkanları daxilində artıq bu addımları atıblar.
Dünyada Regional internet şəbəkələrinin dayanıqlığına cavabdeh qlobal təşkilatlar da bu sanksiyaya qoşulsalar, Rusiyanın DNS və İP -ləri bloklansa Rusiyanı daha ciddi problemlər gözləyir.
Rusiya interneti sadəcə bir İntranetə çevrilə biləcək.
Doğrudur, Rusiya kənardan kiberhücamla bağlı RuNet-in dayanıqılığını yoxlamaq üçün 2-3 il öncədən də testlər etmişdi.
Azad və sərbəst, suveren RuNet üçün müəyyən tədbirləri vardı. Lakin bütün bunlar indiki miqyasda qlobal texnoloji basqıları nəzərdə tutmamışdı.
Azərbaycanın internet trafiki bir neçə ölkə üzərindən, o cümlədən də Rusiya ərazisindən tranzit magistral xətlərlə ölkəyə daxil olur.
Bizdə iki magistral operator, Delta Telecom və AzerTelecom bunu gerçəkləşdirir.
Fikrimcə, qlobal dünya Rusiyanın internet trafikini bağlasa, Rusiya üçün bloklama aparsa, Rusiya ilə əlaqəli xidmətlərdə, .ru domeni üzərindəki xidmətlərdə ciddi problemlər olacaq.
Xatırladıram ki, bizdə hələ də müşahidə olunur ki çox sayda insanlar , məsələn mail.ru dan istifadə edirlər.
Ehtiyat etdiyim ən ciddi məsələ bu ölkənin ərazisindən keçib tranzit magistral xətlərlə ölkəmizə daxil olan internet trafikdədir.
Fikrimcə, Rusiya interneti tam bağlansa bizim AzNet-in dayanıqlığı üçün müəyyən risklər ola bilər.
Bildiyim qədər hər iki operatorumuzun xarici trafikində Rusiyadan daxil olan internetin xüsusi çəkisi çox yüksəkdir.
Düşünürəm ki, magistral operatorların, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyatı qurumlarla birgə bu məsələni diqqətdə saxlamağı doğru olardı.
Xaricdən ölkəyə daxil olan digər alternativ magistral internet xətlərin çəkilməsi üzərində düşünmək lazımdır.
Təəssüf ki, hələlik Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan TransXəzər fiber optik magistral xətlərin çəkilişi də yubanır.
Eyni zamanda , düşünürəm ki, Starlink və OneWeb peyk operatorlarının da alternativ internet olaraq ölkədə fəaliyyətinə şərait yaratmaq doğru olardı.
P.S. Qeyd etmək istərdim ki, Rusiya əhalisinin alternativ informasiya mənbəyindən məhrum edilməsinin daha ciddi problem olduğunu nəzərə alaraq qlobal internet təşkilatları hələlik RuNet-i rubilnikdən söndürməyə elə də maraq göstərmirlər.
 
 
0.019702196121216