"Gəlin qaya" əsəri - 7-ci hissə
"Gəlin qaya" əsəri - 7-ci bölüm
(bölmələri ardıcıl oxuyun, məzmunun yadda saxlayın)
Uzaq bir diyarın xanı, xaqanı,
Bu yurdu etmişdi doğma məskəni.
Xanlıq eyləyirdi Milə, Muğana,
Zülmünü yayırdı bütün cahana.
Qudurmuş qurd kimi eli dalayır,
Millətin belində tonqal qalayır.
Yaxşılar un kimi keçdi ələkdən,
Pəhləvan qolları saldı biləkdən.
Susuz bir səhranı suladı qanla,
Milləti qırdırdı oxla, kamanla.
Sarı xan deyilir onun adına,
Meylini salmışdı gözəl qadına.
Xan harda görsəydi gözəl bir qadın,
Deyərdi əvvəlcə mən alım dadın.
Bəyləri toplayıb xan öz yanına,
Qırx gözəl yığardı xan sarayına.
Yayıldı hər yana xanın Fərmanı,
Qırx gözəl bu qurdun oldu qurbanı.
Qarışdı xan-bəyin başı işrətə,
Millət də dağılıb getdi qürbətə.
Göz dikdi bu yurda hər yoldan ötən,
Xan-bəyin yadından çıxdıqca vətən.
****
Həmin bu mahalda, həmin bu eldə,
Bir çoban yaşardı Muğanda-Mildə.
Işi, peşəsiydi qoyun otarmaq,
Dar gündə elinə həm arxa durmaq.
Bəlliydi hər yanda gücü-qüdrəti,
Allah bəxş etmişdi «Əli» qüvvəti.
Gözəl səs vermişdi ona yaradan,
Bu səs çox qorumuş onu bəladan.
Bu səsdən zövq alır bəy ziyaFəti,
Sədəqə verərdi xanın külFəti.
Ənamı olardı bir parça çörək,
Yaşamaq naminə dözəsən gərək.
Güclülər gücsüzə tuturdu divan,
Çoxları aclığa olurdu qurban.
Ağa, bəy keF üçün mərəkə qurdu,
Bəyləri toplayıb başda oturdu.
Bəylər oğlanların sınamaq üçün,
Qaraca çoban da göstərdi gücün.
Qaraca dolmamış yetkin yaşına,
Bir kötük tulladı bəy qabağına.
Bəylərin «Bəyini» yıxdıqca bir-bir,
Tükənir bəylərdə qalmırdı səbr.
Güləşdə Əhmədin sındı ayağı,
Qaraya kəsildi Ağa- bəy yağı.
Davamını izləyin...
Allahverdi Kərimoğlu