"Gəlin qaya" əsəri - 6-cı bölüm

 
 
"Gəlin qaya" əsəri - 6-cı bölüm
(bölmələri ardıcıl mütləq oxuyun, maraqlıdı)
***
De görüm hardaydın söylə, ay Qara.
Kim satıb torpağı görən yadlara?
Qaraca əlini göstərib ona,
Çox vuran əlləri kəsdi zamana.
Zəncirə vurdular zindanda məni,
Xanımız-bəyimiz satdı vətəni.
Dönmüşdü xəzana ilk məhəbbətim,
Dağıldı tifağım, külli-külfətim.
Çox gəzdim, Saraydan tapmadım əsər,
Gördüm deyən yoxdu, indiyə qədər.
Bəlalar gətirdi zaman başıma,
Məni həsrət qoydu ocaq daşıma.
Qarının bir anlıq qurudu matı,
Söylədi Qaraya bu əhvalatı:
****
Qarı gah ağlayır, gah da danışır,
Huşunu itirir, hərdən də çaşır.
Söyləyir yurdunda olan qanları,
Ah çəkib qarğıyır bəyi,xanları.
Çox qanlar törədib burda Sarı xan,
Asdırıb, kəsdirib neçə min cavan.
Qadınlar dul qalıb, uşaqlar yetim,
Sonu da bax budu, bu fəlakətin.
Bir oğlan uşağı doğan gəlini,
Bişərəf apardı, qırdı belini.
Qız-gəlin topladı xan sarayına,
Saray qismət oldu onun payına.
Sarı xan görməmiş hələ üzünü,
Saray sərt qayadan atdı özünü.
Candan əziz oldu namus qadına,
Min lənət söyləndi xanın adına.
Faciə söyləndi Muğanda,Mildə,
Bir ağır dərd oldu elat-elində.
Dumandan çalmalı o «Gəlin Qaya»,
Qadın simvolu tək baxır dünyaya.
 
davamını izləyin...
Allahverdi Kərimoğlu
0.021023035049438