"Yoxlamalar gəlib rüşvət alaraq şikayəti ört-basdır edirlər"

 

Redaksiyamıza Masallı rayon Müsaküçə kənd sakini Rzayev Nizami Əsgər oğlu və digər sakinlər bir videomüraciətlə şikayət ünvanlayıblar. Onların dediyinə görə, Müsaküçə kənd ərazisində (kəndlərinin qıraq hissələri) olan 1.00 ha yaxın çox torpaq sahəsi qazılıb satılıb. Və bu iş hal-hazırda da davam edir. Əsas qazıntı işləri gecələr gedir. Bu işin başında Müsaküçə kənd ərazi nümayəndəsi Surac Şahverdiyev , bələdiyyə sədri Rafiq Eynullayev və yerli ekologiya işçilərinin durduğunu deyirlər. Bu barədə azinfo.tv saytı məlumat yayıb.

Vətəndaşlar aidiyyatı orqanlara bu barədə müraciət etsələr də, amma çox təəssüflər olsun ki, bunun heç bir nəticəsi olmamışdır. Şikayətçilər bildirir ki, gələn yoxlamalar gəlib rüşvət alaraq şikayəti ört-basdır edirlər. 1 Saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin işçiləri də həmçinin gəlib şikayətləri ört-basdır edir və bizlə də "bizim gücümüz çatmır qazıntının qarşısını almağa"- deyillər.
Yaxşı əgər ekologiya işçiləri bunun qarşısını ala bilmirlərsə o zaman niyə işləyirlər? Deməli işlərinin öhdəsindən layiqincə gələ bilmirlər. Qoy işlərindən istefa versinlər və gənc savadlı ekoloqlarımız gəlib işləsin. Hətta Müsaküçə kəndinin mərkəzi də qazılıb və qazıntı olan yerə zir-zibil də tökülüb. Sözügedən ərazilərdə tək qazıntı yox, böyük bir zibilxana yeri də vardır.
Növbəti şikayətlərimiz ərazidə ki, zibilliklərlə bağlı olacaq. Vətəndaşlar Ölkə Başçısı və Ekologiya naziri Muxtar Babayevdən kömək istəyirlər.

Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq.

(Mənbə: azinfo.tv)

Paralel.az





0.021826028823853