Bircə dənə də tənqid tapmadınızmı,ay akademiklər? Axı tərif və mədhiyyələrlə inkişaf olmur...

 

Bircə dənə də tənqid tapmadınızmı,ay akademiklər? Axı tərif və mədhiyyələrlə inkişaf olmur... 
 

Uca Rəbbim! Haqq yolunda savaşan, Vətənini, dövlətini göz bəbəyi kimi qoruyan, vicdanlı, dürüst və sivil xalqları, o cümlədən, bir həftədir öz azadlığı uğrunda fədakarlıq göstərən qəhrəman Ukrayna xalqını qoru! Onları bu ağır günlərdə heç vaxt tək qoyma!
Zalımların zülmü onların pis aqibətləri qədərdir.
Tək təmənnamız Yer üzündə sülhün və əmin-amanlığın bərqərarıdır!

Bir az da özümüzdən...

Bircə dənə də tənqid tapmadınızmı,ay akademiklər? Axı tərif və mədhiyyələrlə inkişaf olmur...

Yeri gəlmişkən, Akademiyanın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov bu gün vitse-prezident İsa Həbibbəylinin direktoru olduğu Ədəbiyyat İnstitutunda Humanitar Elmlər Bölməsinə daxil olan institutların baş direktorları, icraçı direktorları (bu vəzifələr sabiq akademiya prezidenti Ramiz Mehdiyevin akademik "kəşfi"dir) və elmi katibləri ilə görüşüb. Adəti üzrə, standart təriflə başlayıb vədvari mədhiyyə ilə bitən iclas onu deməyə əsas verir ki, bu yerişlə akademiya nəinki düzəlməyəcək, əvvəlki vəziyyətindən də pis olacaq. Plagiarizmin, formalizmin, elmi saxtakarlıqların, alıb-aldatmağın, büdcə qoparmalrının, real iş görənlərə nifrət və təzyiqin tüğyan etdiyi bu mühitdə bir dənə də tənqid tapa bilmədinizmi, ey möhtərəm akademiklər - Həşimov, Həbibbəyli...?! Axı baş vermiş eybəcərlikləri ifşa edib pisləmədən, tənqid edib lənətləmədən hansı inkişafdan, yenilikdən danışmaq olar? Absurd deyilmi?! Bu mürtəce tərifşünaslığı, bu reqressiv mədhiyyəzadəliyi son nəfəsinizədək davam etdirəcəyinizə sözmü vermisiniz? Bu qəbil davranışların ölkəni nə qədər cəhalət quyusuna saldığının kaş fərqində olaydınız! 
İdris Abbasov

Paralel.az

0.018302917480469