Hansısa ölkənin liderinin şəkillərini paylaşmaq...

Hansısa ölkənin liderinin şəkillərini paylaşmaq...
 

Bir məsələnin üzərində xüsusilə durmaq lazımdır. Biz Azərbaycan xalqı olaraq, müsəlman toplum olaraq , hər zaman hər yerdə məzlumların yanında yer aldıq. Haqqı tapdanmış, əzilmiş və ikili standartlara məruz qalmış xalqlara və toplumlara ona görə dəstək veririk ki, çünki özümüz də onları yaşadıq və hələ də yaşamaqda davam edirik.
Sosial şəbəkələrdə hər hansı bir ölkənin liderinin şəkilləri paylaşılır, onu xüsusi olaraq təqdim edirlər və buna bənzər digər düşüncələr var. Bu cahil toplumlarda daha çox tətbiq olunur. Bizə belə düşüncələr fayda verə bilməz. Bizim düşüncələrimiz əzilmiş xalqların haqlarına yönəlməlidir və ədalətsizliyə qarşı səsimizi hər kəsə çatdırmağımız fayda verə bilər. Hansısa ölkənin liderinin şəkillərini paylasmaq və onun ətrafında fikirlər formalaşdırmaq, avtoritarizmin beyindəki fəsadıdır. Liderlər səhv edir. Amma xalq yox.

Çingiz Şahbazi

Paralel.az

0.018131971359253