Oxşar talelər

Oxşar talelər
 

 

 

  Müharibə dağıntı, xarabalıq, aclıq və səfalətin fəlakətli təcavüzün müdhiş rəzalətli barbarlığıdır.

  B. Putinin rus ədəbi və fəlsəfi fikrini öldürən putinizmdə nəinki qardaşın qardaşa xoş məramı yoxdur, yaratdığı yalançı publik, bədii və fəlsəfə riyakarları ilə saxta ideoloji cəryanlar yaratmaqla köhnə sovetdən betər, faşizmə yaxın, SSRİ birliyində (Pribaltika istisna olmaqla) vahid bir sistem qurmaq fikrinə düşmüşdü. Sonra da deyirdi ki, NATO məni təhdid etməklə, sərhəddimdə nə işi var?

  Bunun əsası Qarabağda qoyulsa da, daha təcavüzkar niyyətlə Ukraynaya Hitler faşizmini də keçməklə, həyasızcasına hucum etdi. ABŞ və Qərb ona əvvəldən olduqlarl kimi səbrlə yanaşdı. Bu isə Ukraynanı və onun dəstəkçilərini razı salmasa da, özlərinin də iştirakı ilə daha geniş müharibənin baş verməməsinə, Putinin daha çox səhv buraxmasına hesablanmış gediş idi. Əvəzində, yubanmış da olsa, sərt sanksiyaların son variantını işə saldı.

  Ukraynada isə döyüşlər davam edir. Ruslar Ukraynanın dərinliklərinə getdikcə batır. Bir vaxtlar ABŞ-ın təhlükəsizlik müşaviri Z. Bzejinski prezident C. Karterə məsləhət edirdi ki: "Çox rusların üstünə getməyin, yumşaq tənqid edin. Qoy Əfqanıstanın dərinliklərinə getdikcə daha çox bataqlığa batsınlar".

SSRİ də dərinliklərə getdikcə çökürdü. Bu proqnoz özünü doğrultdu, hətta SSRİ-nin dağılmasında əsas faktorlardan biri oldu. 

  Sonradan Putin hakimiyyətə gəldiyi ilk dönəmlərdə deyirdi: "SSRİ-nin dağılmasına təəssüflənməyənin ürəyi, onun bərpasına çalışanların başı yoxdur". Bu gün isə dediyinin əksin edir.

  Tarixdə Rusiya özü də Napaleon ordusunu ucsuz-bucaqsız çöllərində sərt şaxtalı rus qışında dondurmuşdu.

  Bu gün Putin bütün dünyanı atom bombası ilə hədələyir.

  SSRİ və putinizm, oxşar talelərdir! Fərq ondadır ki, putinizm nəinki dünyaya, hətta öz qardaşına, xalqına da düşməndir.

Yaşar Nəzərov

Paralel.az

0.015464067459106