Yevlaxda təhsil ocağında baş verən biabırçılıqların sərhəddi yoxdur

Yevlaxda təhsil ocağında baş verən biabırçılıqların sərhəddi yoxdur
 
 
 
Məlumdur ki, ölkəmizin təhsil sistemində bugünə kimi əsaslı islahatların həyata keçirilməsinə baxmayaraq, hələ də bu sahədə çoxsaylı problemlər var və onların həlli labüddür. Problemlərin daha çoxu ümumtəhsil məktəblərində yaşanır desək, heç də yanılmarıq. Bir xatırlamanı yada salaq ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin imzaladığı 15 iyun 1999-cu il tarixli “Azərbaycan Respublikasının Təhsili Sahəsində İslahat Proqramı”, məhz ölkəmizin təhsil sahəsində həyata keçirilən islahatın ən qiymətli başlanğıcı olmuşdur. Yəni, bu yöndə islahatın həyata keçirilməsində əsas məqsəd, ölkəmizdə təhsilin səviyyəsini dünya təhsil sisteminin standartlarına uyğunlaşdırmaqdan ibarət idi. Bundan əlavə, Prezident İlham Əliyev cənablarının “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” barədə 24 oktyabr 2013-cü il tarixli Sərəncamı, bu gün də öz əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır. Yəni, möhtərəm Prezident bu Sərəncamı imzalamaqla onu sübut etmişdi ki, ölkəmizin təhsil sahəsi inkişaf etdirilməlidir və bu sahə daim diqqət mərkəzindədir.

Qeyd edək ki, indiyə kimi ölkəmizin təhsil sahəsinin inkişaf etdirilməsi istiqamətində lazımi addımların atılmasına baxmayaraq, bu gün də Yevlax şəhəri M. Ə. Sabir adına tam orta məktəbdə anarxiya, hər cür hərcmərclik hökm sürməkdədir. Bu gün də adı çəkilən bu təhsil ocağında elə bir hoqqalar baş verir ki, sanki yaşananları məşhur filmlərdə oynanılan rollarla eyniləşdirmək olar. Məsələn, vaxtilə məhşur mahnılar oxumaqla məşhurlaşan, YouTube-də bloggerlik fəaliyyəti ilə ad-san çıxaran, hətta korrupsioner əməllərinə görə cinayət məsulyətinə cəlb olunan sabiq direktor Həqiqət Şukurova və onun özünəoxşar bacısı Sədaqət Şükürova, hal-hazırda M. Ə. Sabir adına tam orta məktəbi dədə-malı kimi çapıb talamaqdadırlar. Adicə bir faktı qeyd edək ki, vaxtilə Həqiqət Şukurova bu təhsil ocağına rəhbərlik edərkən eləbir qanunsuzluq əməllərinə qol qoyur ki, Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan 212026028 saylı cinayət işi ilə bağlı istintaq araşdırmalarını, həmçinin Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2021-ci il tarixli 4(001)-548/2021 saylı qərarını əsas tutaraq, təhsil naziri cənab Emin Əmrullayev 21 iyun 2021-ci il tarixdə (ƏMR № K-613) onu daşıdığı vəzifəsindən uzaqlaşdırır.
Başqa bir faktı da qeyd edək ki, məktəbin müəllim-şagird kollektivi Həqiqət Şukurova və Sədaqət Şükürova bacılarını birbirindən fərqləndirməkdə çətinlik çəkilır. Unutmaq olmaz ki, bu bacılar təhsilə aid qol qoyduqları qanunsuzluq əməllərində elə püxtələşiblər ki, onlar birbirini “pakrıvat” etməyi də bacarırlar. Təəssüf doğuran hal odur ki, Yevlax rayon Təhsil Şöbəsinin rəhbərliyyi baş verənlərdən xəbərdar olsa da, hələ ki, onlar baş verənlərə göz yummaqda davam edirlər. Səbəb? Çatdırılan məlumatlara görə, məktəbdə fond pulu adı altında toplanan pullar Şükürova bacıları tərəfindən “həzmi-rabedən” keçirilir, müəllimlər dərs bölgüsü zamanı elə bir hoqqalarla üz-üzə qalırlar ki, baş verənləri eşidib bilən hər kəs sanki şoka düşməli olur. Rəhbərliyin məktəbin texniki işçilərinin əmək haqlarına “əl gəzdirməsi” məsələsi də, məhz ayrıca söhbətin mövzusudur. Redaksiyamıza çatdırılan başqa bir məlumata görə, bu ailənin kürəkəni polis əməkdaşıdır, ona görə də, Şukurova bacıları bu təhsil ocağında hər cür “at oynadırlar”. Əvvəllər sabiq direktor saxta ev alqı-satısı ilə, borc altında qalan sakinlərə köməklik göstərmək və s. kimi işlərlə məşğul olsa da, o neçə-neçə şəxsləri olmazın problemlərə salır. Amma, bir lkimsə ona və ya onlara qaşın üstə “qara var” deməyi bacarmır. O halda sual oluna bilər ki, görəsən bunların arxa-dayağı kimdir?

Söylənilənlərə görə, Şükürova bacılarının dayısı , hansı ki, bloggerlik fəaliyyəti ilə məşğul olan Saday Nəzərovun adı Gəncə hadisələrində hallanmış və o, ümümmilli liderimiz Heydər Əliyev hakimiyyətdə oldugu vaxtlarda cinayət məsulyyətindən yaxa qurtarmaq üçün ölkəmizdən qaçaraq, xarici dövlətlərin birindən sıgınacaq almışdır. Bəlkə də bunların arxa-dayağı elə Saday Nəzərovun özüdür. Bütün bunlar onu söyləməyə əsas verir ki, birbirinə oxşar olan bu bacılar, dayıları Saday Nəzərovun blogerlik fəaliyyətindən ruhlanıb, bu cür əməllərlə məşğul olurlar. Odur ki, Yevlaxda bu bacıların vasitəsilə çevrilişə cəhd etimalı da ola bilər. Yəqin ki, çox yaxın vaxtlarda Nazirlik tərəfindən lazımi tədbirlər görülməzsə, o halda M. Ə. Sabir adına tam orta məktəbdə hər cür qanunsuzluqların baş verməsi qaçılmaz olacaq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.
(Xeberfakt.az)
 
 
Yevlaxdakı təhsil müəssisəsində baş verən biabırçılıqlar sərhəd tanımır- PROBLEM







 
 
0.018058061599731