Canavar
Rusiya - Ukrayna müharibəsinə
Bir kəndin kənarında bir amansız canavar peyda olur. Kəndin malına, qarasına qənim kəsilir, gündə birini tutub yeyir. Nə gülləyə, nə də tələyə gəlir. Ağsaqqal-qarasaqqal yığışır, isti yerdə məşvərət edir. Ağsaqqalların biri deyir, bu kənddə bir kişi yoxdurmu, getsin bu canavarı öldürsün?! Narahat olmasın, kəndin camaatı, ağsaqqalı-qarasaqqalı bu kişinin, onun ailəsinin arxasındadır...
Kənddə 3 igid ovçu olur, ağsaqqalın sözündən sonra tüfəngini əlinə alır, itini də yanına salıb canavar ovuna yollanır.
Canavar adamın iyini, itlərin səsini hiss edən kimi, tez özünü meşəyə verir. Amma itlər ona aman vermir. İtləri boğmağa da ovçular imkan vermir. Canavar meşədən çıxıb qayalığa qaçır, özünü qayaların arasındakı yarıqlardan birinə salır. Yarığın ağzı dar, içi geniş olur.
Bir xeyli keçir, canavar içəridə, ovçular bayırda növbə çəkir. İtlər də özünü həlak edir, amma canavarın dalınca yarığa girməyə cəsarət etmir. Nəhayət igid ovçulardan biri əsəbiləşir, qorxaq canavarı əlimlə dartıb çıxaracağam deyir. O biri ovçular da ona ürək-dirək verir, sənin yanındayıq, sənin arxandayıq deyir. İgid ovçu dostların dəstəyindən ürəklənir, irəli atılır. Əvvəl yarığa bir-iki güllə atır, sonra əllərini, daha sonra başını içəri salır. Bir müddət belə qalır. Ovçular səbrlə sakitcə, itlər səslə, hürüşlə gözləyir...
Kişidən səs-səmir gəlmir...
Səbri tükənən ovçular yarığa yaxınlaşır. Ayaqlarından dartıb kişini çıxarırlar, görürlər başı yoxdur. Mat-məəttəl qalırlar. Birı soruşur ki, bunun başı vardımı? O biri deyir bilmirəm. Nə isə, başsız bədəni sürüyüb kəndə gətirirlər. Kənddə ağsaqqal, qarasaqqal yığışır. Ovçular hadisəni danışır, soruşurlar ki, bunun başı vardımı?! Ağsaqqallardan biri, "kənddə kişi varmı" deyəni suala sualla cavab verir ki, canavarın dalınca yarığa soxulan adamın başı olarmı?! Heç kim cavab verə bilmir... Ağsaqqal əlavə edir ki, başı olmayan kişi bizim kənddən deyil, bizim kənddə kişilərin başı var...
Qalib ARİF