Müəllim valideyini ŞİKAYƏT edir
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Şamaxı rayonu İ. Rəsulov adına tam orta məktəbin müəllimlərindən birinin valideyini tərəfindən
Ərizə
Cənab Prezident ! Mən ilk dəfə 14 dekabr 2017-ci il tarixdə ərizə ilə Təhsil Nazirliyinə həmin məktəbin direktorunun saxtakar hərəkətləri, direktor və müavinlərin (orta ixtisas təhsilli qızı Mehriban Azayeva və digər çox yaxın qohumu Gülmirə Əlsohbətova) qanunsuz göstərişlərinə əməl etmədiyinə görə qızımın təzyiqlərə məruz qalması barəsində müraciət etdim.
2018-ci ilin yanvar ayında Təhsil Nazirliyi Daxili nəzarət Şöbəsinin müdiri Kənan Quliyevin qəbulunda oldum. Məktəbdə olan özbaşınalıqlar, qanunsuzluqlar, qanunsuz göstərişlərə əməl etmədiyinə görə qızıma edilən təzyiqlər barəsində məlumat verdim. Lakin, mənim müraciətimlə bağlı heç bir ölçü götürülmədi. Nəticədə: 23 yanvar 2018-ci il tarixdə direktor və müavinləri kənd kişilərini məktəbə gətizdirdi, qızıma təhqiramiz sözlər dedizdirdi, məktəbdən çıxıb getməsə onu öldürəcəkləri ilə hədələdilər.
24 yanvar 2018-ci il tarixdə direktorun məktəbdə işləyən qohumları və gətizdirdikləri kənd kişiləri qızım sinifdə dərs keçən vaxt sinfə basqın etdilər və ona xəsarət yetirdilər. Direktorun orta ixtisas təhsili müavin qızı qızıma yüzlərlə şagird və müəllim kollektivinin qarşısında əxlaqsız sözlər dedi. Həmin gün 24 yanvar 2018-ci il tarixdə mən təhsil nazirinin müavini Firudin Qurbanovun qəbulunda oldum. Baş verən hadisələr barəsində ona məlumat verdim, qızımın əl telefonuna düşən hadisələri müəyyən qədər əks etdirən səs yazılarını ona göstərdim. O isə tezliklə ölçü götürəcəyini söylədi. Lakin heç bir ölçü götürmədi. Heç bir ölçü götürülmədiyi üçün Təhsil Nazirliyində Nicat Quliyevin qəbulunda oldum. Mənim israrlı təkidimdən sonra Nicat Quliyev mənim təkrarən Firudin Qurbanovun qəbuluna yazılmağıma göstəriş verdi.
Mən 2018-ci ilin mart ayında ikinci dəfə Firudin Qurbanovun qəbulunda oldum. O yenə də mənə qısa zaman ərzində ölçü götürəcəyini, məktəbə yeni direktor təyin edəcəyini söylədi. Lakin üstündən aylar keçməsinə baxmayaraq heç bir ölçü götürülmədiyi, məktəbə yeni direktor göndərilmədiyi, mənim qızımın başına gətirilən oyunların səbəbkarlarından biri - direktor vəzifəsini müvəqqəti icra edən keçmiş təşkilatçı müavin Gülmirə Əlsöhbətova tərəfindən edilən təzyiqlərin daha da artması səbəbindən onun qəbuluna yazılmaq istəsəm də məni onun qəbuluna yazmadılar. Məcbur qalıb Firudin Qurbanova saysız-hesabsız məktublar və teleqramlar ünvanladım. Lakin, Firudin Qurbanov onların heç birinə cavab vermədi.
Ombudsman aparatına şikayət məktubları göndərdim. Firudin Qurbanov isə onlara göndərdiyi cavab məktublarında mənim qızımı günahlandırdı. Sanki bütün bu hadisələri - məktəbdəki bütün saxtakarlıqları, özbaşınalıqları, qanunsuzluqları, xuliqanlıqları törədən direktor və onun müavinləri yox, mənim qızım imiş. Mən ikinci dəfə onun qəbulunda olarkən o səs yazılarına qulaq asdığını, video görüntülərinə baxdığını və tezliklə ölçü götürəcəyini söyləmişdi. Maraqlıdır, bəs qısa bir müddət ərzində onun fikrinin dəyişməsinin səbəbi nə oldu ? Nəyə görə səs yazılarına qulaq asdığı, video görüntülərə baxdığı, günahkarların kimlər olduğunu bildiyi halda mənim qızımı günahlandırdı? Nəyə görə sözünə əməl edib bu neçə ildə məktəbə yeni direktor təyin etmədi ?
Sabiq direktorun bütün saxtakarlıqlarına şərik olan müavini Gülmirə Əlsöhbətova direktor vəzifəsinə təsdiq olunmaqdan ötrü hər gün bütün çirkin əməllərə əl atır. Onun tərəfindən qızıma edilən hədə-qorxular və təzyiqlər hələ də davam edir. O hər gün məktəbdə müəllimə ilə valideyinlər və şagirdlər arasında konflikt yaratmağa çalışır. Valideyin iclası keçirmək adı ilə valideyinləri məktəbə çağırır, əvvəlcədən yazıb hazırladığı müəllimədən imtina ərizələrinə qol çəkdirir.
Məktəbdə törətdiyi fitnə-fəsadların baş tutmadığını gördükdə, artıq sosial şəbəkələrdən istifadə etmək qərarına gəlir, internet saytlarında saxta profillər açaraq qızımın şəkillərini orada yerləşdirir və öz tanışları tərəfindən oraya təhqiramiz, onun şəxsiyyətini alçaldan şərhlər yazdırır.
Qızım məktəbə bu tədris ilində bir dəfə belə ayaq basmayan 11-ci sinif şagirdlərinə qayıb yazdığına görə həmin şagirdlər məktəblərini dəyişmək, Gülmirə Əlsöhbətova isə aldığı rüşvəti geri qaytarmaq məcburiyyətində qalır. Bundan hiddətlənən Gülmirə Əlsöhbətova 11-ci sinifdə oxuyan bir neçə özünün qohum şagirdini qızımın üstünə qaldırır, sinifdə münaqişə yaratmağa çalışır. Özü dəhlizdə sinif otağının qapısında “keşik çəkir”. Gülmirə Əlsöhbətova özü də fizika ixtisaslı olduğu üçün məktəbə Təhsil Nazirliyi tərəfindən göndərilən fizika müəlliməsini də bu yolla məktəbdən qaçırdır və onun dərs saatlarını ələ keçirir. Ən pisi də odur ki, şagirdlər fizika dərslərində fiziki tərbiyə zalında oyun oynamaqla vaxt keçirdirlər.
Cənab prezident, şəxsən Sizə müraciət etməyimin səbəbi var. Qızımın xəsarət almasına səbəb olanlardan biri - Gülmirə Əlsöhbətovanın direktor vəzifəsinə təsdiq olunmaqdan ötrü çirkin əməllərə əl atması, onun tərəfindən qızıma edilən hədə-qorxular və təzyiqlərin günü-gündən artmasıdır. O məqsədinə nail olmaq üçün insanlığa yaraşmayan vicdansız, əqidəsiz hərəkətlərini son zamanlar daha da gücləndirib.
Verilən məlumatlara görə Gülmirə Əlsöhbətova təhsil nazirinin müavini Firudin Qurbanovla eyni (Ağsu rayonu) bölgədəndir. Gülmirə Əlsöhbətova məhz ona güvənərək qızıma qarşı insanlığa yaraşmayan hərəkətlər etməkdə davam edir. O özünə nə qədər arxalanır ki, hətta Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdirini belə saxtakar adlandırır.
Firudin müəllim bu illər ərzində mənim ailəmin sakitliyini pozub, sağlamlığıma və səhhətimə ziyan vurub. Gənc bir müəllimənin əsəb sarsıntısı və stress yaşamasına səbəb olub.
Cənab prezident, Sizə qızıma qarşı edilən vicdansız hərəkətləri əks etdirən kiçik bir səs yazıları göndərirəm.
https://youtube.com/playlist?list=PLcUHFSnUb_c_9soA9NuJNGYNH9jxBEgwP
Xahiş edirəm, ölçü götürün. Firidun Qurbanov Gülmirə Əlsöhbətovanı müdafiə etməklə onu cinayətə sürükləyir, mənim qızımın həyatını isə təhlükəyə atır. Gülmirə Əlsohbətova məktəbin direktor vəzifəsini əlində saxlamaq üçün istənilən cinayəti törətməyə hazırdır. Gülmirə Əlsöhbətovanın təşkilatçılığı ilə məktəbdə mənim qızıma artıq bir dəfə xəsarət yetirilib və o 2 aya yaxın müddət ərzində əmək qabiliyyətini itirib.
Cənab Prezident! Son beş il ərzində məktəbin direktor vəzifəsi hər il vakansiyaya verilir. Hər il yüzlərlə müəllim müsabiqədən keçir. Lakin, bu məktəbə dörd ildən çoxdur ki, direktor tapılmır. Xahiş edirəm, məktəbə kənardan rəsmi direktor göndərilməsi üçün göstəriş verəsiniz. Əvvəlcədən təşəkkür edirəm.