Rusiyanın işğalçı siyasəti öz ,, bəhrəsini " verir
Çingiz Şahbazi:
Rusiyanın işğalçı siyasəti öz ,, bəhrəsini " verir. Bu qədər yalanlar üzərində qurulmuş və korrupsiyalaşmış bir hakimiyyət bundan artıq ayaq üstə dura bilməzdi.
Söz vaxtına çəkər. Bir il əvvəl Putin Ermənistan haqqında danışanda, biz Ermənistana ordu quruculuğu sahəsində hər zaman yardım etmişik və bundan sonra da Ermənistan ordusu Rusiya tərəfindən müasir silahlarla modernizə ediləcək , dedi. Məsələ burasındadır ki, bu bəyanatlar, Rusiya bayraqlarının ermənilər tərəfindən yandırıldığı və Rusiyanın Yerevanda söyülüb təhqir olunduğu günlərin fonunda baş verirdi. Bəs onda Putin hakimiyyəti bunu nə üçün edir? Ermənilərə olan sevgilərindənmi edirlər ? Əlbəttə xeyr. Bütün münaqişələri idarə edən Rusiya, Qarabağda olub bitənlərin də arxasında olub. Erməni hakimiyyətləri hamısı, Rusiyanın bu siyasətini öz xalqına inandırmaqla sadəcə əvəzində öz hakimiyyətlərini təmin etmişlər. Rusiyanın hər iki ölkəyə təsir mexanizmi, məhz münaqişəli vəziyyətlə həyata keçirilib.
Bizim torpaqlarda, sülh və əmin-amanlıq dövrünə keçmək üçün, Cənubi Qafqazda Rusiya siyasəti sona çatmalıdır. Bunun üçün isə ilk növbədə Cənubi Qafqaz ölkələrinin başındakı adamlar əsla rusiyapərəst olmamalıdır. Tarixi zaman yetişib və Qafqaz ölkələrinə imkan verir ki, Rusiyanı gələcəklərindən silsinlər. Cənubi Qafqazın gələcəyində Rusiyaya yer olmamalıdır. Necə ki, bunu illər öncə Əfqanıstan və digərləri bacardı.