AAF və Zəfər Qaçış Klubunun İdarə Heyyəti ilin sonunda Qubada qaçış yarışı keçirəcək
Azərbaycan Atletika Federasiyası və Zəfər Qaçış Klubunun İdarə Heyyəti ilin sonunda 21-22 dekabr tarixdə Ölkəmizin idman Paytaxtı Quba Şəhərində Prezident Kuboku uğrunda keçiriləcək kütləvi qaçış yarışına həsr olunan birgə iclası keçirilmişdir.
AAF Katibi Məhərrəm Sultanzadə öz çıxışında ilin sonunda keçiriləcək bu kütləvi qaçış yarışı bölgələrdə eləcə ölkəmizdə atleletika idmanın bu növünə böyük maraq oyadacaqdır.
Qaçış maşurutunun şəhərin mərkəzi küçələrindən keçməsi sakinlərə və şəhərin qonaqlarına gərgin İdman mübarizəsinin şahidi olmaq imkanı yaradacaqdır.
Zəfər Qaçış Klubunun direktoru Elşən Quliyev öz çıxışında yarış məsafəsinin 42 km 195 metr olacağını və beynəlxaq normalara görə tam marafon məsafəsini əhatə edəcəyini söyləyib.
O, qeyd etmişdir: "Bu məsafəyə yarış dünya şəhərlərinin bəzəyidir və çox populyardır.Tam marafon sayılan bu yarış müstəqilliyimiz bərpa olduqdan sonra Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Marafon yarışı olacaqdır"
Beynəlxalq əlaqələr şöbəsinin müdürü Kənan Məhərrəmli, Qaçış komitəsinin Sədri Namik Əsədov və digər iştirakçılar yarışdan irəli gələn məsələri müzakirə ediblər.
Təşkilat Komitəsi Yarışla bağlı məsələlərin sürətli həlli üçün müvafiq qurumlara müraciət hazırlamışdır.
Paralel.az