Haram pullar
III. Mühəmmər Qəddafi
Dostlar yəqin təəccüblənəcək ki, niyə Stalin yox, Səddam yox, məhz Qəddafi? Axı, qəddarlıqlarına, tökdüklərin qanlara və siyasi miqyasına görə bu iki nəfər Mühəmməri kölgədə qoyur. Amma yada salmaq istəyirəm ki, söhbət nahaq qanlardan yox, haram pullardan, dünya malından gedir...
Stalinin də məlum olduğu kimi, nəinki haramda, ümumiyyətlə dünya malında gözü olmayıb. Bu adam qaniçən olub, hakimiyyət hərisi olub, amma pul, qızıl hərisi olmayıb. Onun məşhur bir kəlamı var ki, tabutun cibləri olmur... Səddam da eyni qəbildəndir, qəddarlığı ilə hətta Stalinə meydan oxusa da, acgözlüyü ilə Qəddafinin tozuna da çata bilməzdi. Onun bütün hakimiyyəti boyu topladıqları, xalqdan oğurladıqları cəmi 100 milyard dollar olardı ki, mən gözümü yumub, elə bədahətən müasir dünyada 10 belə prezident saya bilərəm. Azından yarısı elə bizim postsovet məkanındadır...
Qəddafi isə ayrı candır, haram pullar sahəsində bütün zamanlara və məkanlara meydan oxuyacaq bir insandır. Müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, bu adamın haram pulları, 40 illik hakimiyyəti dövründə xalqdan oğurladıqları, nə çox, nə az, ABŞ-ın illik dövlət büdcəsi (4-5 trilyon dollar) civarındadır. Mən “Con Rokfeller” yazısında xüsusi olaraq vurğulamışdım ki, Amerika hətta 100 il bundan əvvəl özündən varlı olan vətəndaşına imkan tanımırdı. (Əslinə qalsa, mən bu yazını elə bunu göstərmək üçün yazmışdım...) İndi görün, bu gün Amerika özündən varlı olan bir bədəvi ərəbinə imkan tanıyarmı?! Düşünürəm ki, “Ərəb baharı”nın səbəblərini həm də burda axtarmaq lazımdır...
Bəli, Mühəmmər Qəddafi əslən bədəvi (yəni köçəri) ərəbdir, 1942-ci ildə İtaliyanın müstəmləkəsi olan Liviyada anadan olmuşdur. 1969-cu ildə, 27 yaşında (Napoleon istirahət edir!) müstəqil Liviyanın ilk kralı I İdrisi yıxaraq, hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmişdir. Qəddafi hakimiyyət və var-dövlət hərisi olsa da, bütün “Ərəb dünyasını” birləşdirmək arzusu ilə yaşayırdı. Onun bir şakəri də vardı, dünya müsəlmanlarını ABŞ-a və Böyük Britaniyaya qarşı mübarizəyə çağırırdı, bunun üçün böyük vəsaitlər ayırırdı. ABŞ-ın siyasətini bəyənməyən bütün Avropa liderlərini dəstəkləyirdi, milyardlar xərcləyirdi...
Doğrudur, Qəddafi acgöz və qəddar adam idi, amma xəsis deyildi. Onun dövründə Liviya çiçəklənən bir ərəb ölkəsi idi. Nəhəng neft sərvətlərinin gətirdiyi nəhəng pullar “insafla” bölünürdü. Bir yarısı Qəddafiyə və onun klanına çatırdı, o biri yarısı isə xalqın payı idi, ölkəyə xərclənirdi. İqtisadiyyat sürətlə şaxələndirilir, qeyri-neft sahəsi inkişaf etdirilir, neftdən asılılıq minimuma endirilirdi. Liviya yeganə Afrika ölkəsi idi ki, burda müəllimlər 1000, həkimlər 1500 ABŞ dolları civarında maaş alırdı. Neft ölkəsi neftin ucuzlaşmağını hiss etmirdi, milli valyuta büdrəmirdi, bütün bunları Qəddafi “cibindən” təmin edirdi...
Amma Liviyada nəinki demokratiya, hətta kollegial idarəetmə anlayışı belə yox idi. Burda Napoleonun məşhur “Dövlət mənəm, məndən ibarətdir” sözü yerinə düşürdü, Qəddafinin sözü qanun idi. Amma Qəddafi adi adam deyildi, dövrünün məşhur publisisti, alimi, siyasi lideri idi. !969-cu ildə Liviyada hakimiyyət çevrilişi edəndə özünün “III Ümumdünya nəzəriyyəsi”ni həyata keçirmək niyyətində idi. Sonralar bu nəzəriyyə onun məşhur üç cildliyində “Yaşıl Kitab”da öz əksini tapmışdı. Cavan Qəddafi hamının yaxşı yaşadığı, hamının bərabər olduğu bir “Camahiriyyə” qurmaq, bütün “Ərəb dünyası"nı bu hərəkata qoşmaq istəyirdi...
Bəli, bütün cavanlar kimi, Mühəmmərin də arzuları gözəl idi, amma həyata keçmədi... Hakimiyyət və var-dövlət hərisliyi, özündən müştəbehliyi, burnundan uzağı görməməyi imkan vermədi. Bütün ömrü boyu özünü “Xalqın atası” hesab edən Mühəmmər Qəddafi 2011-ci ildə “Ərəb baharı” dövründə xalqın ayağının altında da öldü...
Düşünürəm ki, Qəddafinin faciəsi bütün xalqlara və onların “atalar”ına dərs olmalıdır...
Qalib ARİF