Rusiya səfiri Ermənistanla münasibətlərdən danışdı
Rusiya ilə Ermənistan arasında münasibətlər çoxsaylı çətinliklərlə üzləşir.
“Paralel.az ” xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya-Ermənistan (Slavyan) Universitetinin tələbələri ilə görüşdə deyib.
O, vurğulayıb ki, bu gün çoxsaylı çağırışlar qarşısında iki ölkə arasındakı münasibətlər çətin mərhələdən keçir.
Daha əvvəl Sergey Kopırkin qeyd edib ki, Ermənistanla Rusiya arasında dostluq iki ölkə arasında duran çağırışlar qarşısında möhkəmlənməlidir.