Rusların 64 km-lik konvoyu Kiyevə yaxınlaşır

Rusların 64 km-lik konvoyu Kiyevə yaxınlaşır
 

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə hərbi yük daşımasının peyk görüntüləri mediaya sızmaqda davam edir.

Paralel.az xəbər verir ki, ABŞ-da yerləşən Maxar Texnologiya şirkəti yeni görüntülər yayıb. 

Yayılan peyk görüntülərində Ukrayna sərhədində olan Rusiyanın hərbi karvanının uzunluğunun 64 kilometrdən çox olduğu açıqlanıb. 

Kiyevdən 43 kilometr aralıda olduğu təxmin edilən karvanda zirehli maşınlar, tanklar, yedəkli artilleriya və digər hərbi maşınların olduğu görünür. 

Şirkət hərbi konvoyun Kiyevdən 27 mil (43 km) uzaqlıqdakı Antonov Hava Bazasından Ukraynanın Prisbirsk şəhərinin şimalına doğru uzandığını qeyd edib. Texnologiya şirkəti bir neçə gün öncə də Rusiya karvanının uzunluğunun 17 mil (27 km) olduğunu bildirmişdi. 

0.01091194152832