Erməni deputatlar Sumqayıt hadisələrini yad ediblər

Erməni deputatlar Sumqayıt hadisələrini yad ediblər
 

Paralel.az erməni mediasına istinadən xəbər verir ki, Milli Assambleyanın Dövlət və Hüquq Məsələləri Daimi Komissiyasının iclasında deputatlar fevralın 28-də işə başlamazdan əvvəl 1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərində baş vermiş erməni qırğınları qurbanlarının xatirəsini bir dəqiqəlik ehtiramla yad ediblər.

Amma ermənilər unutmamalıdır ki, 1988-ci ildə Sumqayıtda baş verən qırğınların müəllifi elə onları öz soydaslarıdır.

Qeyd edək ki, Sumqayıtda baş verən hadisələrin təşkilatçıları ermənilər olub və birbaşa SSRİ DTK-sının sifarişi ilə yerinə yetirilib. Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
Akif Nəsirli

0.029579162597656