Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib - FOTO

Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib - FOTO
 

Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə qurumun əməkdaşları və struktur bölmələrin işçilərinin iştirakı ilə növbəti iməclik təşkil edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iməcliyin keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 613 ədəd yeni, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağaclar əkilib.

Keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. İməclikdə əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, ərazi üzrə cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

0.034514188766479