Xarkovdakı konsulluqdan soydaşlarımıza MÜRACİƏT

Xarkovdakı konsulluqdan soydaşlarımıza MÜRACİƏT
 

 

Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğu Azərbaycana qayıtmaq istəyənlər üçün qeydiyyata başlayır.

Bu barədə Azərbaycanın diplomatik nümayəndəliyindən xəbər verilib.

Eyni zamanda, Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov media nümayəndələrinə müraciət edib. O, Ukrayna ərazilərində hərbi-siyasi vəziyyət gərginləşdiyini, Xarkov şəhərinin isə ölkənin ikinci şəhəri olması ilə döyüşlərin getdiyi əsas ərazilərə yaxın olduğunu bildirib.

“Buna baxmayaraq, Azərbaycan konsulluğu ştat rejimində fəaliyyətini davam etdirir və həmvətənlərimizə imkanları daxilində müxtəlif köməklikləri göstərməkdədir. Hazırda konsulluq əməkdaşları müxtəlif kanallarla konsulluğun xidməti dairəsində yaşayan həmvətənlərin sayının dəqiqləşdirməsi prosesi ilə məşğuldur”, - deyə o, bildirib.

Diplomatın sözlərinə görə, konsulluq operativ qaydada Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan Respublikasının konsulluğu və Xarici İşlər Nazirliyi ilə mütəmadi məsləhətləşmələr həyata keçirir.

Bildirilir ki, Ukraynanın Xarkov, Çerniqov, Sumı, Poltava, Zaporojye, Dnepropetrovsk vilayətləri ərazisində yaşayan və Azərbaycana qayıtmaq istəyən Azərbaycan vətəndaşları qeydiyyat üçün fəxri konsulluğa müraciət edə bilərlər.

“Bir daha qeyd etmək istərdim ki, xüsusi hallarla bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531(+38063) 047 05 50 telefon nömrələri və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən bildiriləcək”, - deyə Salmanov sözlərini yekunlaşdırıb.

Paralel.az

0.013980865478516