Bu gün tək Ukrainanın deyil, Qarabağın da taleyi həll olunur

Bu gün tək Ukrainanın deyil, Qarabağın da taleyi həll olunur
 
 
Əziz dostlar, bildiyiniz kimi, bu gün Ukrainada Dünya müharibəsi başlayıb. Əgər bu müharibədə Ukraina qalib gələrsə, Rusiya bir neçə hissəyə parçalanacaq və zəifləyəcək. Balaca uşağa da məlumdur ki, ermənistanın zaman-zaman xalqımıza qarşı soyqırım törətməsi, torpaqlarımızı işğal etməsi, milyonlarla vətəndaşımızı qaçqın etməsi Ruziya dövlətinin dəstəyi ilə baş verir. Yəni, Rusiya olmasa ermənistan heç bir gün də Azərbaycan dövləti və xalqı qarşısında duruş gətirə bilməz (bunu həm onların uşaqları, həm də bizim uşaqlarımız da bilir).
Bu gün başlayan Cahan savaşında Rusiyanın məğlub olması və bir dövlət kimi dağılması ermənistanın bizimlə təkbə-tək qalmasına və bir neçə günə dağılmasına səbəb olacaqdır. Beləliklə də, doğma Qarabağımız özümüzə qayıdacaq və erməni bəlasından birdəfəlik canımız qurtaracaq.
Qərbin qoyduğu sanksiyalardan artıq Rusiya dövləti çökməkdədir. Dua edək ki, Allah Ukraina dövlətinə və xalqına kömək olsun! Həm onların, həm də bizim düşmənimiz olan mənfur, zalım, erməni dəstəkçisi olan Rus dövlti tezliklə dağılsın!
Amma, nə yazıq ki, adi uşağın da dərk etdiyi bu haqqı, həqiqəti ermənilərin Bakıdakı kadrları dərk etmirlər və düşmənimizin dostuna açıq dəstək verirlər. Yazıqlar olsun! Bilməliyik ki, düşmənimizin müttəfiqinə kömək edənlər elə düşmənimizə kömək edirlər.
Belə əlverişli zaman hər vaxt ələ düşmür (əsrdə bir dəfə ola-olmaya). Dost-düşmən də belə anlarda tanınır. Xalqımız fürsətdən istifadə edib düşmənlərdən birdəfəlik (kökündən) qurtulmalıdır. Həm də dostunuzu, düşməninizi tanıyın. Düşməninizi dəstəkləyənləri də tanıyın!
Düşmənlərdən xilas olmaq istəyirsinizsə, viran qalmış yurdlarınıza sahib çıxmaq istəyirsinizə dua edin ki, bu müharibədə haqq-ədalət qalib gəlsin. Bizim kimi, rusların təcavüzünə məruz qalan Ukraina xalqı və dövləti bu savaşda qalib olsun!
Bəlkə də Allah Xocalıda və digər rayonlarımızda qətlə yetirilən günahsız körpələrimizin, namusuna təcavüz olunan ana-bacılarımızın intiqamını ruslardan bu yolla alacaq, nə bilmək olar. Hər halda o boyda haqsızlığı, ah-fəryadı mənim tanıdığım ALLAH yerdə qoymaz! Rəbbim şahiddir ki, o qətliamları ermənilər təkbaşına etmədilər, rus dövlətinin təşkilatçılığı, dəstəyi və gücü ilə etdilər. Nə qədər ki, rus dövlətində o güc var, ermənilər bu cür qətliam və təcavüzləri zaman-zaman davam etdirəcəklər. Odur ki, Rəbbimdən Rus dövlətinin gücdən salınmasını, dağılmasını diləyirəm ki, ermənilər bir daha o gücə söykənib bizim namusumuza təcavüz edə bilməsinlər.
Namusunun, ismətinin qədrini bilən, ana-bacısının, qız-gəlininin qeyrətin çəkən heç bir azərbaycanlı Rus dövlətini (düşmənimizin dostunu) müdafiə etməməlidir!Bilin ki, belə bir həlledici məqamda düşməni müdafiə edənlər TARİX qarısında cavab verəcəklər!Bir bilici kimi onu da nəzərinizə çatdırım ki, dediyim TARİX heç də uzaqda deyildir. O rarixə 220 gündən də az qalıb!Qüdrət ALLAHA məxsusdur!
0.054129838943481