Erməni ombudsmanından ermənisayaq açıqlama

Erməni ombudsmanından ermənisayaq açıqlama
 

Paralel.az xəbər verir ki, missiyasını başa vuran erməni ombudsmanı A.Tatoyan belə bir açıqlama verib: “Azərbaycanın Artsaxa qarşı hərəkətləri etnik təmizləmədən başqa bir şey deyil və Azərbaycanın soyqırım siyasətinə uyğundur.  Muzdlular, qadağan olunmuş silahlar, kimyəvi silahlar, ağ fosfor, kaset bombaları, cəmiyyətləri hədəf alır. Bu, təkcə ritorika deyil, bütün sahələrdə siyasətdir və Azərbaycanın daxili siyasi həyatının mənbəyidir. Sərhəd sakinlərinə qarşı pozuntular indi də davam edir.  Biz imkan verməməliyik ki, Azərbaycan hakimiyyəti yalançı sülh vədləri ilə cəmiyyətimizi susdursun. Heç kim müharibə istəmir, amma özümüzü aldatmağa imkan verməməliyik. Münaqişə bitməyib. Biz öz hüquqlarımıza zəmanət verməliyik.
Azərbaycan qoşunları erməni yaşayış məntəqələrinə bitişik əraziləri tərk etməlidir. Biz nə edirik? Bəzi məmurlar onların mövcudluğunu qanuniləşdirir, sonra deyirlər ki, onları götürmək olmaz”.
Nigar

0.064259052276611