Rusiyanın Ukraynaya təcavüzü dünya üçün böyük təhlükədir

Rusiyanın Ukraynaya təcavüzü dünya üçün böyük təhlükədir
 

Tapdıq ABBAS
Baş redaktor,
Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
t.abbas1952@list.ru

Azərbaycanla müttəfiqlik Bəyannaməsi
imzalamaq Rusiyaya niyə lazımdır?

 

Rusiya NATO-nu sərhədlərinə yaxın buraxmamaq üçün Ukraynanı parçaladı: Özünün yaratdığı qondarma «DNR» (DXR) «LNR»-i (LXR) tanıdı hər iki oyuncaq qurumla hərbi yardım barədə saziş imzaladı. Əslində Rusiyanın bu gedişi onu zəif salmağa parçalamağa çalışan ABŞ Avropaya əlavə şans verdi.

Artıq əksər BMT üzvləri NATO dövlətləri Rusiyanın Ukraynaya təcavüzünə kəskin reaksiya verirlər. NATO, , ABŞ digər beynəlxalq təşkilatlar Rusiyaya ağır sanksiyalar tətbiq edirlər. Almaniya 11 milyardlıq "Şimal axını-2" qaz boru kəmərinin tikintisini dayandırdı. ABŞ prezidenti Bayden Rusiyanın iki böyük şirkətinə 5 nəfər fiziki şəxsə sanksiya tətbiq etdi. Rusiya Qərbdən aldığı maliyyədən məhrum oldu, ABŞ Ukraynaya yeni hərbi yardım göndərmək barədə qərar verdi. Hazırda Rusiya dünyada təklənib supergüclərin hədəfinə çevrilib. Bu sanksiyalar hələ son deyil. Dünya müharibəsi başlanmaq ərəfəsindədir. Çin Ukraynanın yanında olduğunu bəyan etdi. Beləliklə, indiyə qədər hədə-qorxu ritorikası ilə Rusiyanı Ukraynaya hərbi təcavüz etməkdən çəkindirməyə çalışan ABŞ, Avropa dünya birliyi Rusiyanın Ukraynaya təcavüzünə qarşı konkret tədbirlər görürlər.

Rusiya DNR LNR-i tanıdığı gün, hələ məqsədi heç kimə tam bəlli olmayan ikinci bir addım atdı. Azərbaycan prezidenti İlham Əliyev təcili olaraq Moskvaya dəvət olundu 22.02.2022-ci il tarixdə Rusiya prezidentilə 5 saatlıq görüşdən sonra Rusiya Azərbaycan arasında 43 bənddən ibarət "Müttəfiqlik Bəyənnaməsi" imzalandı.

Hazırda sosial şəbəkələrdə internet mediada Azərbaycan Rusiya prezidentləri tərəfindən Moskvada imzalanmış "Moskva Bəyənnaməsi" ətrafında geniş ictimai müzakirə gedir. Müzakirələrdə Azərbaycanla Rusiya arasında imzalanmış bu sənədin ölkəmizin müstəqilliyinə ən böyük təhdid olunduğu vurğulanır.

Hakimiyyət nümayəndələri təbliğat ruporları isə, hələlik susurlar. Görünür, Rusiya ilə Azərbaycan arasında imzalanmış "Moskva Bəyənnaməsi" barədə hakimiyyət dairələrinin xəbəri olmayıb. Sənədi müdafiə etmək üçün təbliğatçılara yuxarıdan göstərişin gəlmədiyi aydın hiss olunur.

Rusiyanın Ukraynaya təcavüzünün nəticəsini bəri başdan proqnozlaşdırmaq çox çətindir. Bir şeyi qeyd edim ki, Rusiya Ukraynaya təcavüz etməklə özünü çox ciddi riskə atıb. Bu riskin Rusiyaya xeyir verəcəyini düşünmək çətindir.

Azərbaycanla Rusiya arasında imzalanmış Müttəfiqlik Bəyənnaməsinə gəlincə, onu qeyd edim ki, bu sənəd Rusiya prezident: V. Putin tərəfindən hazırlanmış indiyədək iki dövlət arasında imzalanmış 245 sənədin işləməz taleyini yaşayacağı ehtimal edilən növbəti sənəddir.

İkincisi, Rusiyanın Azərbaycan hakimiyyətinə təsirinin ən yüksək səviyyədə olduğu ölkəmizdə baş verən bütün proseslərin Rusiyanın cızdığı layihələr əsasında getdiyi heç kimə sirr deyil.

Hətta 30 il işğal altında olan torpaqlarımızın əksər hissəsinin 44 günlük müharibədə qəflətən Azərbaycanın qəhrəman ordusunun etdiyi hücumla azad olunmasında, bu müharibənin bizim üçün uğurla nəticələnməsində Rusiya prezidenti V. Putinin rolu danılmazdır. Bunu ölkə prezidenti dəfələrlə təsdiq edib. Lakin bunun da xeyli səbəbləri var onlar barədə cəmiyyətin bilgili olmasını nəzərə alıb, təkrar etməyə ehtiyac görmürəm.

"Moskva Bəyənnaməsi"nin  Rusiya üçün böyük,  Azərbaycan üçün isə cüzi faydası var, demək olar.

Rusiya bu sənədlə həm dünyaya göstərir ki, NATO üzvü olmayan istənilən postsovet respublikası ilə normal əməkdaşlığa hazırdır. Eyni zamanda Rusiya Azərbaycanla "Müttəfiqlik Bəyənnaməsi" imzalamaqla çalışır ki, NATO üzvü Türkiyə ilə müttəfiq olan Azərbaycanı geri alsın. Politoloqların proqnozlarına görə, Ukrayna təcavüzdən qalib çıxarsa, Rusiya Azərbaycanı Türkiyədən ayırmaq istəyinə çata bilər. Amma Rusiyanın bu münaqişədən qalib çıxması mümkün görünmür.

Azərbaycanın "Moskva Bəyənnaməsi"ndən əldə edə biləcəyi yeganə fayda isə, Rusiya Ukraynaya təcavüz edərək dünya birliyilə girdiyi münaqişədən qalib çıxarsa, guya Rusiya ölkəmizə qarşı qərəzli münasibət sərgiləməyəcək.

Lakin Rusiyanın keçdiyi yaxın tarixə nəzər salsaq, bu proqnozun gerçəkləşməsinə inam olmadığı qənaətinə gəlirik. Bu məqamda bir anlığa Rusiya bolşeviklərinin 1920-ci ildə Azərbaycan Demokratik Cumhuriyyətini işğal etdikdən sonra xalqımıza qarşı törətdiyi qanlı hadisələri xatırlamaq kifayətdir.

Azərbaycan Rusiyanın işğalı ilə bağlı çox tez mövqeyini bildirməlidir, Ukraynaya edilən təcavüzə susmamalıdır, dost Ukrayna xalqının haqqını müdafiə etməlidir torpağımızın bir hissəsi olan Yuxarı Qarabağın Rusiya sülhməramlı qüvvələrinin işğalı altında olan dövlət kimi, bu  təcavüzü qəti pisləməlidir.

0.019268989562988