Varlıqları ilə  yoxluqları bilinməyənlər

Varlıqları ilə  yoxluqları bilinməyənlər
 

İcra hakimiyyətləri bələdiyyələr kimə lazımdır?

 Prezident İlham Əliyevin Sərəncamı ilə daha üç rayona yeni icra hakimiyyəti başçıları təyin olundu. Əslində, onları bu sahədə yeni saymaq olmaz, çünki hər üçü bu vəzifəyə icra hakimiyyəti strukturundan gəliblər. Prezident onlarla videoformatda keçirdiyi görüşündə bir daha çox sərt şəkildə diqqətə çatdırdı ki,"Hər bir dövlət məmuru prezident başda olmaqla xalqın xidmətçisidir.

 

Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə, korrupsiya rüşvətxorluqla məşğul idi, kasıb insanların malına göz dikirdilər. Bu vicdansızlıq əxlaqsızlıq nəticəsiz qalmadı". Amma maraqlıdır ki, Prezident İlham Əliyev çox alicənablıq edərək onları dövlətə, xalqa onlara həmin vəzifəni etibar edən dövlət başçısına xəyanətdə ittiham etmədi. Əslində isə bu şəxslərin fəaliyyəti dövlətə millətə xəyanətin ən yüksək formasıdır. Çünki bu şəxslər onlara etibar olunan dövlət vəsaitlərini oğurlayaraq, talan edərək əcnəbi ölkələrə daşımaqla, oraya yatırımlar etməklə, həmin ölkələrin iqtisadiyyatının inkişafına xidmət etmiş olurlar.

Bu gün hamını düşündürən bir sual var; ümumiyyətlə ölkəmizə bu cür səmərəsiz qurumlar lazımdırmı? Məlumdur ki, bu suala birmənalı cavab vermək çox çətindir. Amma fəaliyyətləri xalqı dövləti talamaqdan başqa bir şeyə yaramayan qurumların saxlanması da, heç bir məntiqə sığmır. Bunu deməyə əsas verən səbəblərdən biri odur ki, bu qurumlara müraciət edən elə bir vətəndaş tanımıram ki, onun problemləri orada öz həllini tapsın. Adi bir məsələnin həlli üçün onlara müraciət edənlərə cavabları isə bu cür olur; "bu məsələni həll etmək bizim səlahiyyətimizdə deyil". Səlahiyyətləri daxilində olan məsələlərlə bağlı müraciət etdikdə isə "pulumuz yoxdur" deməklə, vətəndaşı başdan eləyirlər. Sonra da məlum olur ki, həmin işlər üçün ayrılan vəsaitlər mənimsənilib. Acgözlükləri o qədər çoxdur ki, həmin vəsaitdən heç olmasa kiçik bir qismini vətəndaşların problemlərinin həllinə ayırmırlar.

Məsələn, bir jurnalist olaraq yaşadığım Masazır kəndinin sosial problemləri barədə mediada saysız yazılarıma cavab ala bilmədiyimdən, Abşeron rayon icra hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədova ilə istər qəsəbə sakini, istər "Əmək Veteranı", istərsə jurnalist kimi görüşmək cəhdlərim boşa çıxdı. Masazır kənd icra nümayəndəliyinə, yaxud Masazır bələdiyyəsinə edilən müraciətlərin bir cavabı olur: "pul yoxdur, vaxt dövlət vəsait ayırar, onda da həmin işləri görərik". Sonradan məlum olur ki, dövlət vəsait ayırıb, onlar isə onu ata malı kimi mənimsəyiblər. Bu səbəbdən , tozlu, palçıqlı yollara bir maşın çınqıl tökməyə pul tapmayan bu haramxorları, gündəlik təkcə yanacaq xərci 100-150 manat olan avtomobillərdə görəndə təəccüblənməyə bilmirsən. Buna görə , kənd sakinləri həmin qurumlarda çalışanları "torpaq dəllalları" adlandırırlar. Yəni bu qurumlarda çalışanların əsas vəzifəsi, ev biznesi ilə məşğul olanlarla əlbir olub, Masazır torpaqlarını dədə malı kimi həzmi-rəbədən keçirməkdir. Kəndin yol, işıq, su, qaz probleminin isə onlara heç bir aidiyyəti yoxdur. İradə Gülməmmədovanın pul hərisliyi o həddə çatmışdı ki, kəndin bütün zibil qutularını belə, yoxa çıxarmış, zibilxana yerləri satılmış, zibil maşınlarından isə danışmağa dəyməz. İradə Gülməmmədova görəvindən alınandan sonra kəndin bəzi yerlərində zibil qutuları peyda olub.

Bəzən adamda belə bir fikir yaranır ki, nədənsə Bakının bir addımlığında olan bu kəndə diqqət, qayğı demirəm, heç olmasa adi nəzarət belə, üçün yoxdur? Nəzarət olsaydı, heç kimə lazım olmayan, heç kimin karına gəlməyən bu qurumlar, burada bunca həyasızlıqla at oynada bilməzdilər. Onlara bu imkanı isə gözü puldan başqa heç nəyi görməyən İradə Gülməmmədova yaratmışdı.

Bu gün kəndin yollarına, kommunal problemlərinə, ünvan strukturuna diqqət etsəniz, dəhşətə gələrsiniz. Bu kənddə bir dəqiq ünvan tapmaq müşkül məsələdir. Təcili Tibbi Yardım, Yanğın digər xidmətlərin çağırışa gəlmələri üçün insanlar əsas yola çıxıb gözləməli olurlar ki, onları qeyd olunan ünvana apara bilsinlər.

Yeni icra hakimiyyəti başçısının bütün bu problemləri az bir zamanda aradan qaldıracağına da, heç kimdə ümid yoxdur. Çünki son 10 ildə Abşeron rayonunu idarə edənlər, onu elə bir vəziyyətə salıblar ki, imkan tapan buradan qaçır.

Məhz bu səbəbdən , yazının əvvəlində soruşdum ki,  varlıqları ilə yoxluqları bilinməyən bu talançı qurumlar kimə nəyə lazımdır? Bu rayona təyinat alan məmur düşünür ki, onu buraya torpaq satmağa göndəriblər, xalqa xidmət üçün yox.

Son illər prezident İlham Əliyevin icra hakimiyyətlərinin fəaliyyətini xüsusi nəzarətə alması, bizdə müəyyən ümidlər yaradır ki, bəlkə düzəldi!

Əlbəttə ki, ümüdin ölən vaxtı olur .

 Yusif Seyid

Paralel.az

0.020356893539429