Azərbaycanla Rusiya arasında imzalanmış bəyannanmənin nəticələri

Azərbaycanla Rusiya arasında imzalanmış bəyannanmənin nəticələri
 

 

Siracəddin Hacı

-   bu sənəd Rusiyanın tələbi ilə, onun Ukrayna məsələsində müttəfiqlik ehtiyacını təmin etmək, təsir məkanını göstərmək məqsədilə hazırlanmışdır;

-   sənəd də, onun imzalanması üçün məhz bu tarixin seçilməsi də Azərbaycanın mənafeyi baxımından yanlış addımdır;

-   bu sənəd hakimiyyətin Azərbaycan Rusiyanın təsir məkanında qalmalıdır siyasətinin bir daha rəsmiləşdirilməsidir;

-   sənəd Azərbaycanın suveren hüquqlarını məhdudlaşdırır;

-   Rusiyanın Azərbaycana siyasi, hərbi müdaxiləsinin hüquqi əsaslarını formalaşdırır;

-   Azərbaycanı təcrid edir, manevr imkanlarını azaldır;

-   bu sənəd Rusiyanın Azərbaycandakı mövqelərini daha da gücləndirəcək;

-   Şuşa Bəyannaməsinin dəyərini azaldacaq;

-   Azərbaycanla Türkiyə arasında sıxıntılar ortaya çıxaracaq;

-   Azərbaycan cəmiyyətində parçalanmanı dərinləşdirəcək;

-   daxili siyasətdə sərtləşmə artacaq, daxili və xarici siyasət bu sənədin tələblərinə uyğun olaraq yenidən biçimlənəcək, yeni mərhələyə uyğun ölçülər qoyulacaq;

-   bu sənədin icrası Rusiyanın Avropa və Amerika ilə çəkişməsinin nəticəsindən asılı olacaq;

-   Rusiyanın ağalıq məkanında olan Azərbaycanda ədalət, azadlıq, inkişaf olmayacaq;

Paralel.az

0.04577112197876