Ölkəmizdə malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir
İstehlakçı xüsusən ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır. İstehlakcının beynəlxalq və yerli hüquqlarından biri də məhz mal haqqında milli dildə informasiya almaq hüququdur.
“Azad İstehlakçılar” İB uzun illərdir ki,ən müxtəlif dövlət orqanlarına yazılı müraciətlər göndərərək bu məsələnin, yəni vətəndaşlarımızın milli dildə məlumat alma hüququnun de-fakto olaraq tanınması barədə tədbirlərin görülməsinə dair təkliflər versə də,bu məsələ həll olunmadan qalır. Qurumun rəhbəri Eyyub Hüseynovun müraciətində deyilir: “Dövlət Dili Haqqında AR-nin qanununun maddəsi: 7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.
Istehlakcıların Hüquqlarının Müdafiəsi Haqqında AR-nın Qanununun 13-cü maddəsi:
Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Nazirlər Kabinetinin 94 saylı qərarı,maddə 5.8.” Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır.
Qeyd edək ki,malların milli dildə markalanması məsələsi dünyanın əksər ölkələrində ,hətta Azərbaycandan hər cəhətcə zəif olan Ermənistan və Gürcüstanda belə, uzun illərdir ki,tam həyata keçirilsə də ölkəmizdə bu məsələ həll olunmadan qalır. Əlbəttə, bu amil,qacaqmal üçün münbit bir şərait yaradır!
İlkin olaraq AİB malların milli dildə markalanması məsələsini İran İslam Respublikasından idxal olunan ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindədir. Cünki ən acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır. Dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə, digər çoxsaylı mal və xidmətlərə də keciləcəkdir.
24 il ərzində AİB BMT-nin beynəlxalq uşaq təşkilatı UNİCEF-in köməyilə yalnız körpə qidalarının milli dildə markalanmasına nail olub. Bu isə cox azdır.
AİB-n ofisinə istehlakçılar tərəfindən etiraz müraciətləri ilə gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa, digər dillərdə məlumat olduğu görünür. Lakin ərzaq malları üçün çox mühüm göstərici olan, istehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldığını görürük. Şübhəsiz ki, bu, istehsalçı tərəfindən bilərəkdən, şüurlu şəkildə edilir ki, malını “ölməz” etsin, yəni vətəndaşlarımız yararlılıq vaxtı keçmiş malı da alıb istehlak etsinlər. Əlbəttə, Azərbaycan istehlakçılarının belə sadəlövhlüklə aldanması səbəbsiz deyil. Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır, düşünür ki, yararlılıq vaxtı keçmiş mal satıla bilməz! Əfsus ki,bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur.
Bəzən bu mövzu ilə bağli neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediada pafoslu çıxışlarına da rast gəlirik,amma “3 muşketyor qanunu” daha uğurla işləyir - birimiz hamımız üçün, hamımız birimiz üçün, yəni gömrük xeyir-dua verib ölkəyə buraxıbsa, vəssalam!
İran ərzaq malları satışı şəbəkələrində ciddi monitorinqlərin keçirilməsi,dövlətimizin qanunlarının pozulması ilə ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb,ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi,gömrük komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranıb.
Dövlətimizin qanunlarını pozmaqla İran dükanlar şəbəkəsində satışa mal çıxaran 50-dən çox dükan mövcuddur. Bu dükanların bəzilərinin ünvanları: Əsas topdansatış dükanları, Sədərək ticarət mərkəzi,”Lukoyl”YDM-nin yanı (topdan satış), Dərnəgüldə “Elit “TM-nin yaxınlığı (çoxlu sayda),. 1)Bakı şəh.Əsəd Əhmədov 28
2)Xırdalan.texnikumun yaxınlıği.Rahat bazar ilə üzbəüz 3)Maştağa qəs.Savalanın 2-ci girişi 4)Ümid qəs.Laçın məktəbinin qarşısı 5)Neftçala şəh.H.Əliyev pros.Təzə bazar 6)Sahil qəsəbəsi 7)Ballı marketin yaxınlığı050-791-11-12 8)Sumqayıt şəh.2-ci mikr.Rossiya klubunun yanı.777 mağaza 9)Bakı şəh.Sarayevo küç7 10)Binəqədi ray.Xocasən yolu.Netto klubun yanı 11)Gəncə küç.Fujifilmin yanı 12)Əhmədli metrosu çıxışı.Ukrayna dairəsi tərəf 13)Xətai metrosunun arxası.N.Əliyev küç.17 14)Bakı şəh.Fatmayı 15)Hövsan qəs. 16)8 km bazarı.Halal market17)Şirvan şəh.Elite bazarının həyəti18)A.Şərifzadə küç.19519)Dərnəgül qəs.Şır-şır restoranının yanı 20)Xırdalan şəh.Təzə bazarın girişi ilə üzbəüz 21)Nizami metrosunun yanı.Z.Əhmədbəyov küç. 22)Buzovna qəs.Köhnə Polis şöbəsinin yanı 23)Əhmədli metrosu.Məhəmməd Hadi 41 və s.
AİB bu məsələni ictımailəşdirməklə bərabər, , Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciətlər göndərib.
Dövlətimizin qanunlarına əməl olunmasında hər bir istehlakçını fəal olmağa cağırırıq və dövlət qurumlarından nəticələr gözləyirik”.
Nigar