Şuşa Bəyannaməsi xaricində, qeyri bəyannaməyə ehtiyac varmı?..

Şuşa Bəyannaməsi xaricində, qeyri bəyannaməyə ehtiyac varmı?..
 
 

Çingiz Şahbazi: 

Bu qədər cinayətlərə imza atmış bir olkə ilə, müttəfiqlik bəyannaməsi bağlamaq bizə heç bir halda fayda verə bilməz. Bu bəyannamə həm də, Şuşa bəyannaməsinə ziddiyyət təşkil edir. Çünki ,Şuşa Bəyannaməsi siyasi və hərbi bəyannamədir.

Sabah imzalanacağı xəbəri yayılan Rusiya və Azərbaycan arasında müttəfiqlik müqaviləsi , Şuşa Bəyannaməsi ilə birlikdə nə anlama gələcək və buna ehtiyac hardan əmələ gəldi ?

Bu müttəfiqlik bizim müstəqilliyimizə təhlükə olaraq qəbul edilə bilərmi və sabah bizi Moskvadan asılı duruma sala bilməz ki?

Hazırda Rusiya regionda öz təsirini artırmaqdadır. O bu işi bütün beynəlxalq hüquqa zidd olaraq həyata keçirir. Belə bir qeyri ciddi ölkə ilə müttəfiqlik bəyannaməsi bağlamaq təhlükəsizlik baxımından zərərli olacağını düşünürəm.

Paralel.az

0.018868207931519