Dövlət Baxçalı Xocalı haqda: “Bu, üzərində qabığı olmayan, müalicə olunmamış yaradır”

Dövlət Baxçalı Xocalı haqda: “Bu, üzərində qabığı olmayan, müalicə olunmamış yaradır”
 

Paralel.az xəbər verir ki, MHP sədri Dövlət Baxçalı Xocalı soyqırımından danışıb: “Bizim adımız türk millətidir. Sivilizasiyalara beşik salmış bir idarəçi gücün, tarixi gücün varisləriyik. Biz böyük bir əcdadın bugünkü övladlarıyıq. Harda soydaşımız, din qardaşımız varsa gözümüz ordadır. Qarabağdan Krıma, Kaşqardan Kərkükə qədər üç ayparanın ayaq izləri xatirələri var.
Xocalı da onlardan biridir. 30 il əvvəl soydaşlarımızın qanı axıdılıb. Bu, üzərində qabığı olmayan, müalicə olunmamış yaradır. Xocalıda soyqırım törədilib. 613 soydaşımız şəhid olub. Xocalı Dağlıq Qarabağın incisidir. 

2-ci Qarabağ müharibəsi ilə Azərbaycan Ermənistanın nəzarəti altında olan torpaqların 80 faizini geri aldı. Azərbaycanın qəhrəman əsgərləri silahlı erməniləri darmadağın etdi. Qarabağda 290-dan çox yaşayış məntəqəsi azad edildi. Dağlıq Qarabağın Azərbaycana keçəcəyi dövr gələcək, türk torpaqları Xocalı təhvil veriləcək”.
Nigar
0.023291110992432