Çingiz Şahbazi yazır...

Çingiz Şahbazi yazır...
 
 

 

Doğrudan da Ukrayna prezidenti Zelenskinin atdığı addımlar, yüksək səviyyədə qiymət almaqdadır. Ölkəsinin təhlükəsizliyini təmin etmək üçün, bütün lazımi hüquqi və siyasi mövcud vasitələrdən istifadə edir. Bu insanda xalqına qarşı özgüvən, sevgi və məsuliyyət açıq görülməkdədir. Görünən və hiss edilən həssas nöqtələrdən biri də budur ki, vətən borcunu tutduğu məqama görə, ödəməkdən həm zövq alır, həm də o zövqü hər kəslə paylaşır. Məhz ölkənin birinci adamının bu xüsusiyyəti, o xalqda qalib gəlməmək üçün bir səbəb buraxmır.

Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzinə Ukraynadan müraciət daxil olub. Müraciətdə deyilir ki, Ukrayna ölkəsini və əhalisini müharibənin fəlakətlərindən qorumaq üçün, NATO-dan bir sıra hərbi texnika və vasitələr tələb edib. Qeyd etmək istəyirəm ki, sözü gedən bu mərkəz, NATO-nun fövqəladə hallar üçün nəzərdə tutulan reaksiya mexanizmidir və fövqəladə hallarda bu qruma müraciət olunarsa, NATO ölkələri həmən müraciət olunan tərəfə maddi yardim ayıraraq kömək göstərə bilir.

Rusiya qarşısında dik duran Ukrayna prezidenti Zelenskinin, ölkəsi üçün məqbul hesab edilən bütün vasitələrdən istifadə etməsi onun öz yerində olduğunu təsdiq edir.

Paralel.az

0.021627902984619