"Xocalı soyqırımı gürcü xalqının da ürəyində sağalmaz bir yaradır"

 

"Xocalı soyqırımı təkcə Azərbaycan xalqının deyil, gürcü xalqının da ürəyində sağalmaz bir yaradır".

Paralel.az xəbər verir ki, bu sözləri Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Çerçvadze Tbilisidə “Xocalıya ədalət” adlı rəsm sərgisinin açılışında söyləyib.

Onun sözlərinə görə, tarixən yaxın qonşu, dost və qardaş olan Azərbaycan və gürcü xalqları müstəqil dövlət quruculuğu, ərazi bütövlüyünün qorunması sahələrində də eyni taleyi, eyni problemləri yaşayıblar:

"Biz bunu unutmamalıyıq. Sevincli günlərdə olduğu kimi, belə ağır, kədərli günlərdə də bir yerdə olmalıyıq. Rəssamlar, incəsənət və mədəniyyət xadimləri öz əsərlərində bu faciələri əks etdirməli, bütün nəsillərə çatdırmalıdır. Bu cür qırğınlar bizi daha yaxınlaşdırmalıdır və biz bu cür cinayətləri törədənlərə qarşı birgə mübarizə aparmalıyıq. “Xocalı bizim də qəlbimizin yarasıdır və biz qardaş Azərbaycan xalqı ilə brilikdəyik” – deyə Quram Çerçvadze vurğulayıb.
Akif

0.018179178237915