"Yemliklər oğurlandı"

 

Paralel.az xəbər verir ki, Bakıda yerləşən  Suleyman Rəhimov küçəsində “Atəşgah” sığorta şirkəti tərəfindən sahibsiz heyvanlar üçün quraşdırılan yemliklər yoxa çıxıb.

“Atəşgah” sığorta şirkətinin “4 ayaqlı dostlarımıza dəstək” adlı sosial layihəsi çərçivəsində küçələrdə sahibsiz heyvanlar üçün taxta yemliklər quraşdırılmışdır.

Sakinlərin sözlərinə görə, ertəsi gün quraşdırılmış qabları yerində tapmaq mümkün olmayıb.

Məsələyə aydınlıq gətirmək üçün “Atəşgah” sığorta şirkəti ilə əlaqə saxlalanılıb. Şirkətin nümayəndəsi yemliklərin yerində heç bir dəyişiklik olmadığını bildirib və bu problemdən xəbərdar olduqlarını qeyd edib.
Bu sınaq üçün yaradılmış hadisə imiş.

Sakinlərin reaksiyasını görmək üçün indiyədək şəhər ətrafında ümumilikdə 10 sınaq yem qabları quraşdırılıb. Quraşdırıldıqdan sonra şirkət onları yemlə doldururdu, daha sonra isə şəhər sakinləri də qabları doldura bilər.
Akif

0.024874925613403