Səbaildəki yollarda "zebra"lar silinib

Səbaildəki yollarda
 

Paralel.az xəbər verir ki, Səbail rayonunda avtomobil yollarında piyada zolaqlarının silinməsi sürücülər və piyadaların narazılığına səbəb olub.

Badamdar qəsəbəsinin bəzi avtomobil yollarında yol örtüyündəki piyada zolaqları silinib, bəziləri isə ümumiyyətlə görünmür. Rəngi pozulmuş piyada zolaqları Məktəblilər və Seymur Məmmədov küçələrindədir. Həmçinin bu ünvanlarda piyada keçidləri üçün nəzərdə tutulan yerlərdə yol nişanı mövcud deyil.

“Silinmiş zolağın biri düz Heydər Əliyev parkının girişindədir. Bura uşaqlar, yaşlı insanlar gəlir. Yolu keçməyə məcbur olurlar. Sürücülər piyada nişanının olmaması və zolağın rənginin silinməsindən istifadə edərək saxlamırlar. Bu da bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər”, - sakinlərdən biri deyib.
Akif

0.018594026565552