Ermən parlamentarilərinin  “Şuşa bəyannaməsi” qorxusu

Ermən parlamentarilərinin  “Şuşa bəyannaməsi” qorxusu
 

Paralel.az xəbər verir ki, erməni deputatı Qurgen Arsenyan müxalifətin “Şuşa” bəyannaməsi” bəyanat layihəsinə qoşulmamaq qərarını açıqlayıb. Erməni depitatları iddia edir ki, “Şuşa bəyannaməsi” təxribatçı və dağıdıcı xarakter daşıdığı üçün Ermənistan üçün qəbuledilməzdir”: “O, regional və qlobal təhlükəsizliyə ən ciddi çağırışları ehtiva edir və regionun dinc inkişafına töhfə vermir. Ermənistan-Türkiyə münasibətlərinin “ilkin şərt olmadan” normallaşdırılması prinsipinə ziddir və Ankaranın real motivləri və niyyətləri ilə bağlı ciddi şübhələr yaradır.
Dövlət Duması bəyanat layihəsinə qoşulmayacaq, çünki Ermənistan Xarici İşlər Nazirliyi hələ 2021-ci ilin iyununda bu məsələ ilə bağlı iki dəfə öz mövqeyini ifadə edib. XİN-in iyunun 15-də və 17-də qəbul edilmiş iki bəyanatında artıq müxalifətin layihəsində əksini tapan bütün tezislər var.
 Ermənistan hökumətinin 2021-2026-cı illər üçün proqramında ölkə hakimiyyəti regionda uzunmüddətli sülh və sabitlik siyasətini elan edib. İstənilən hərəkət və bəyanat ölkənin inkişafına töhfə verən dinc gündəmin təmin edilməsinə yönəlməlidir.
Türkiyə və Azərbaycan liderlərinin keçmişdə imzaladığı və əslində iki ölkə arasında hərbi ittifaq mənasını verən sənəd bu il fevralın 11 və 12-də müvafiq olaraq Ankara və Bakı tərəfindən təsdiqlənib. Bəyannaməyə görə, üçüncü dövlət tərəfindən təhlükə və ya təcavüz olarsa, iki ölkə birgə hərəkət edəcək. Orada həmçinin bildirilir ki, “tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun modernləşdirilməsi istiqamətində birgə səyləri davam etdirəcəklər”.
Nigar

0.065520048141479